Bekhem, Tom Kruz və Qay Riçidən təhlükəli selfi - FOTO

Bekhem, Tom Kruz və Qay Riçidən təhlükəli selfi - FOTO

Hazırda oxunan: Bekhem, Tom Kruz və Qay Riçidən təhlükəli selfi - FOTO

71539
Ulduz futbolçu Devid Bekhem, aktyor Tom Kruz və rejissor Qay Riçi selfi çəkdirmək üçün Londonun mərkəzindəki Vellinqton zəfər tağının üstünə çıxıblar. 

ANS PRESS-in məlumatına görə, Bekhem dostları ilə çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşıb. Məşhurların selfi çəkdirdikləri tağın içində müzey var və bu muzeyindən terrasa çıxmaq olar. Lkin Bekhem və dostları risk edərək tikilinin ən hündür yerinə dırmaşıblar. 

"Üçlük təhlükəyə əhəmiyyət vermədən şəkil çəkdirmək üçün Londonun fəxarət yeri olan zirvəyə çıxıblar. Lakin deyəsən Devid Bekhemin həyat yoldaşının xoşuna gəlməyib. "Space Girls" qrupunun solisti bu an maşında oturub onlara baxıb və kişilərin bu qəribə hərəkətlərini böyük həyacanla izləyib. Onlar yerə düşdükdə isə dərindən nəfəs aldığını deyib".

Futbolçu Vellinqton tağının yerləşdiyi tikilidə tədbir keçirib. Tədbirin sonunda isə dostları ilə birlikdə arkanın zirvəsinə çıxmağa qərar verib. Bekhem kiçik oğlunun uğurlarını qeyd etmək üçün ziyafət düzənləyib. İş orasındadır ki, Devid Bekhem "Haig Club" markalı viski buraxmağa başlayıb, Qay Riçi isə onun reklam çarxını çəkib. Dostları Tom Kruz isə film çəkilişlərinə görə Londonda olduğundan ziyafətə gəlib.

Bu zaman, aşağıda dayanan fotoqraflardan biri onları çəkib və məlum olub ki, kişilərlə birlikdə Vellinqton tağına Qay Riçinin rəfiqəsi Ceki Eynsli də qalxıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO