Moderator.az -ın bu dəfə ki, musahibi "İlin ən yaxşı aparıcısı" Şəbnəm Naiblidir.
Mən vicdanım qarşısında əzab çəkirəm!!!
-Şəbnəm xanım qısa zaman ərzində çox uğurlar qazandınız”¦.
-Bəli 2014 mənimçün iş baxımından uğurlu il oldu. İlin sonunda ilin ən yaxşı şou aparıcı adına layiq görüldüm. Ümid edirəm 2015-də uğurlarım davamlı olar.Çünki bu mənim əziyyətimin bəhrəsidir.
-Şəxsi həyatınız ailəniz haqqında nə deyə bilərsiniz?
-Anamla birgə yaşayıram, subayam.
-Hal hazırda həyatınızda sevdiyiniz kimsə yoxdur?
Var, mən ailəmi, dostlarımı çox sevirəm. Amma düşündüyünüz baxımdan heyatımda heç kim yoxdur.
-Bir münasibətdə əsasən nə vacibdir sizinçün?
-Münasibətdə hisslərin qarşılıqlı olmağı şərtdir. Çünki mənimçün bir münasibətdə hörmət,güvən diqqət vacibdir.Bunlar varsa sevgidə var, çünki mən qarşımdakı insana bu hissləri bəsləyirəm və qarşımdakından da bunu gözləyirəm. Qarşılıqlı olmadısa o, münasibəti davam etdirə bilmərəm . Özümü hamıdan çox istəyirəm . Fərqi yoxdur sevgili ya dostluq, rəfiqəlik, əgər münasibətdə diqqətsizlik soyuqluq görürəmsə uzaqlaşıram. Xəyanət gördüyüm anda sevgim bitir. Daha ikinci bir şansı ola bilməz. Sadiqliyi sözdə yox, hərəkətlərdə görməliyəm.Əhatəmdə çox dostlar tanışlar ola bilər amma mənim öz balaca dünyam var və orada sadəcə mənim çox istədiyim inamımı güvənimi qazanmış insanlar var.
-Səmimi xanımsınız, amma sizi eqoist insan kimi tanıyırlar çoxları belə düşünür.
-Mən də özüm haqqımda belə eşitmişəm, amma ele deyil. Məni tanımayan insanlar hər zaman belə düşünüb, amma məni tanıdıqdan sonra mən daha çox hörmətlə yanaşıblar,daha çox istəyiblər. Səbirsizəm və tez əzəbləşirəm əsəbləşəndə düşünmədən qarşımdakı insanın qəlbini qıra bilərəm. Düzünü deyim ki, səmimi olmağa qorxuram cünki səmimiyyətim mənə çox vaxt ziyan gətirir. İnsanlara tez bağlanıram. Sevdiyim adamların təsiri altına asanlıqla düşürəm .Allahdan hər zaman haqqımda xeyirli olanı mənə nəsib etməsini istəmişəm.
-Əsəbləşəndə yada ürəyiniz dolanda nə edirsiz?
-Ağlayıram. Mən göz yaşımı göstərməyi sevmirəm. Heç vaxt insanlara zəifliyimi göstərmək istəməmişəm.
-Buna görə çox vaxt tək qalmağa üstünlük verirəm.
-Yalanı və xəyanəti bağışlayarsız?
-Bilirsiz mən insanları bağışladıqca oların dəyəri düşür gözümdə, olar get gedə mənimçün yox olurlar.Cüzi yalanlara yol vermək olar , amma köklü yalan danışmaq olmaz. Qarşımdakı yalan danışdığımı hiss etməsədə mənə inansada , mən vicdanım qarşısında əzab çəkirəm. Ona görədə çalışıram yalan danışmayım.Heç yalan danışmağı bacarmıramda , gülürəm, barmaqlarımla oynayıram və hiss olunur. Amma mövzu xəyanət olduqda xəyanət bağışlanmazdır, bağışlasan təkrarı da olacaq. Mən xəyanət etməyi özüm yaraşdırmaram .Bu zəiflikdir və mən zəif insan deyiləm.
-Səhv qərar qəbul edəndə peşimançılıq çəkirsiniz?
-Səhvlər edə-edə doğruları öyrənirəm, amma həyatda heç vaxt peşman olmamışam. Səhv edə bilərəm, amma bu mənimçün dərs olur. Heç vaxt böyük səhvlər etməmişəm.
-Qərarlarınızı asan qəbul edirsiniz?
- Yox, çox çətin. Ağlımla hisslərimin arasında seçim etmək mənə çətin gəlir.
-Gününüzü necə keçirirsiz?
-Vaxtımın daha çox hissəsini işimə ayırıram işdən sonra dostlarımla iş yoldaşlarımla görüşürəm, amma daha çox kitab oxumağa, gəzməyə, musiqi dinləməyə üstünlük verirəm boş vaxtlarımda.
-Və sonuncu sualım iş və şəxsi həyatınızda 2015 də nələri planlaşdırırsınız? Ailə qurmaq barəsində düşünürsünüzmü?
-Verlişin daha da baxımlı olması üçün layihənin daha da güclü olması ücün daha çox çalışacam. İnsanları yormaq lazım deyil, fərqlilik lazımdır. Şəxsi həyata gəlincə isə gərək ki , kimsə ola ki bu barədə düşünəm. Hələki güvənimi qazanacaq biri yoxdur.

































































































