Vüsalə Əlizadə əməliyyatdan sonra səhhətindən danışdı -  FOTO

Vüsalə Əlizadə əməliyyatdan sonra səhhətindən danışdı - FOTO

Hazırda oxunan: Vüsalə Əlizadə əməliyyatdan sonra səhhətindən danışdı - FOTO

248203
“Bu neçə gün ərzində məndən narahat olan soruşan, xəbər alan, dua edən hər kəsə sonsuz təşəkkür edirəm, var olun, daima əziz olun, Allah sizi, ailənizi, əzizlərinizi qorusun. Xoşbəxt insanam ki, məni sevən ailəm, əzizlərim, dünya malına dəyən balam, dəyərli dostlarım və ən əsası məni hər sınaqdan alnıaçıq üzüağ çıxaran Allahım var. Bu hər kəsin başına gələ biləcək problemdir, əsas odur ki, Allahım bizi əlacı olmayan dərdlərlə sınağa çəkməsin”.

Moderator.az xəbər verir ki, bu sözləri məşhur aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə yazıb. O, qızı ilə fotosunu paylaşaraq özünü artıq yaxşı hiss etdiyini deyib:

“Hər zaman haqqımda xəbər yazılmasından qaçıram, media nümayəndələri gözəl bilir, bu xəbəri də sevimli rejissorum Həmid bəy ziyarətə gələndən sonra xəbərim olmadan paylaşıb ki, dostlar bilsin. Can ağrısı qədər ağır bir yük yoxdur həyatda, həyat bumeranqdır! Yenə də hər birinizə təşəkkürlər. Bu gün Vətənimdəyəm inşallah, çox yaxşıyam şükürlər olsun”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO