"Onlar bütün gün +18 videolara baxırlar" - Xalq artisti

Hazırda oxunan: "Onlar bütün gün +18 videolara baxırlar" - Xalq artisti

141630
"Mənim də dəfələrlə Bakıda və ya rayonlarda keçirilən konsertlərimdə belə şeylər başıma gəlib".

Moderator.az bildirir ki, bu sözləri xalq artisti Faiq Ağayev Enrike İqlesiasın konsertində onu qucaqlayan qız haqda axar.az-a danışarkən deyib. Müğənni özünün də başına belə halların gəldiyini bildirib:

"Düşünürəm ki, belə hallara sərt reaksiya verilməməlidir. Bəzi insanlar var ki, müğənniyə qarşı sevgisini elə bəlli edir. Hər adamda o cəsarət yoxdur. Özü də ki, onu edən 14 yaşlı bir qızdır. Ona belə reaksiya göstərilməsi düzgün deyil. İfadəmə görə çox üzr istəyirəm. Amma onu tənqid edənlərin çoxu bütün günü internetdə porno saytlarda gəzənlərdir. Tarixdə də belə şeylər çox olub. Bir dəfə Moskvada Müslüm Maqomayev konsert verdikdən sonra çıxanda onun maşınını qadın pərəstişkarları qucaqlarına almışdılar. İndi belə çıxır ki, onlara da əxlaqsız, tərbiyəsiz deməliyik?"

Qeyd edək ki, Enrike İqlesiası qucaqlayan qızın bu hərəkəti sosial şəbəkə istifadəçilər tərəfindən etirazla qarşılanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO