Oktyabrın 15-də Azərbaycan Dövlət Rus Dram teatrının səhnəsində Oleq Yernevin pyesi əsasında Azərbaycanın xalq artisti, teatrın baş rejissor Aleksandr Şarovskinin səhnələşdirdiyixa0 “Yeni İl gecəsi məhəbbət intriqaları" tamaşası növbəti dəfə oynanılacaq.
xa0
Teatrdanxa0xa0 verilən məlumata görə, bu tamaşanın özəlliyi ondadır ki, tamaşanın əsas rollarından birini ifa edən Azərbaycanın əməkdar artisti Yevgeniya Nevmerjiskayanın 70 yaşı olacaq.xa0 Mədəniyyət və Turizm Nazirliyinin "Azərbaycan mədəniyyətinin fəxri işçisi"xa0 vəxa0 "Sənətkar" medalı ilə təltif olunan aktrisa 50 ildir ki, səhnədədr.
xa0
Tamaşanın çox maraqlı mövzusu var. 3 dəfə ərə gedən qəhrəmanın keçmiş həyat yoldaşları yaşlılıqlarını onunxa0 yanında keçirmək üçün onun yanına qayıdırlar. 3 kişi onun yanında qalmaq üçün hər şeyə hazırdır.
xa0
Tamaşada Yevgeniya Nevmerjiskaya ilə yanaşı Azərbaycanın xalq artistlərixa0 Səfa Mirzəhəsənov, Məbud Məhərrəmov,xa0 Azərbaycanın əməkdar artisti - Əsgər Rəhimov və aktrisa Mədinə Mollayeva iştirak edirlər.
































































































