Prezidentlər Qarabağ üçün görüşür...

Prezidentlər Qarabağ üçün görüşür...

Hazırda oxunan: Prezidentlər Qarabağ üçün görüşür...

97644
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Qarabağ nizamlanması üçün iki ölkənin görüşünü təşkil eləməyi razılaşdırıb. 
 
Moderator.az xəbər verir ki, bu barədə ATƏT-in saytında məlumat yerləşdirilib. Qeyd edilib ki, Minsk Qrupu həmsədrləri iki ölkə xarici işlər nazirləri ilə sərhədyanı gərginliyi azaltmağa və qarşılıqlı etimadı möhkəmlətməyə yönəlik tədbirləri müzakirə ediblər.
 
“Nazirlər ilin sonundakı Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü hazırlamağa razı olublar. Həmsədrlər prezidentləri sərhədyanı insidentlərin araşdırılması üzrə təklif elədikləri mexanizmi qəbul etməyə çağırıblar”x9d, ”“ vasitəçilərin bəyanatında deyilir. 
 
Məlumata görə, Ermənistan tərəfi bu mexanizmin detallarını müzakirə eləməyə hazır olduğunu bildirib. 
 
“Biz Azərbaycanı da eyni addımı atmağa çağırırıq”x9d, - deyə sənəddə qeyd olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO