MHP-li Meral Akşener... Müsair, çağdaş Türkiyə siyasətinin xanımağası, Türkiyə siyasətinin parlaq ulduzlarından biri...Tansu Çillərdən sonra (mənim şəxsi qənaətimcə) Türkiyənin dəmir ledisi...Doğrudan da, dəmir məntiqli ledi, siyasətci, dövlət adamıdır...
Bu qadının cəsarətinə, əzmkarlığına, peşəkarlığına, əqidəsinə, siyasi və insani mədəniyyətinə, dövlətinə, millətinə bağlılğına, prinsipiallığına, idarəetmə qabiliyyətinə, harizmasına həqiqətən də vurğunam və heyranam...Heyran qalmamaq və vurğun olmamaq da mümkün deyil...Onu sözün hər mənasında sevirəm...
Qardaş ölkədə keçirilən (2014-cü ildə) prezident seçkilərində də əgər sayın Ekmələddin İhsanoğlu müxalifətin (daha çox MHP ilə CHP-nin) vahid namizədi (çatı adayı) olmasaydı, Meral xanım birləşmiş müxalifətin uğurlu vahid namizədi ola bilərdi...Çünki o zaman çatı adaylar arasında onun da adı çəkilir və şansları da çoxuydu... Amma...
Bir müddət öncə isə onun vitse-spiker kimi TBMM-in iclaslarına sədrlik müddəti, sürəci başa çatdı...Onu TBMM-in iclaslarını uğurla apardığına, idarə etdiyinə, MHP-dən olmasına baxmayaraq, heç bir ayrıseçkiliyə yol vermədən, yəni, müstəqil, obyektiv, peşəkar fəaliyət sərgilədiyinə görə iqtidarlı-müxalifətli bütün deputatlar onu təqdir etdilər, alqışladılar...Hətta, AKP-dən daha çox MHP-yə sərt müxalifətdə olan HDP-lilər belə onu alqışladılar...HDP-li Pərvin Buldan ona obyektiv və müstəqil fəaliyyətinə görə minnətdarlığını bildirməklə yanaşı, Meral xanımın yenidən TBMM-də millət vəkili və vitse-spiker kimi fəaliyyətini davam etdirməsini arzuladı...Bu, heç də hər kəsə-hər siyasətçiyə-hər dövlət adamına nəsib olan bir uğur, zəfər deyil...
İndi bu yerdə haqlı sual oluna bilər ki, Meral xanımla Bahar Muradova-Bahar xanımın nə əlaqəsi, nə bənzərliyi? Bu bənzərliyi dünən Bahar xanımla parlamentdə görüşündə bir türkiyəli həmkarımız-abimiz (səhv etmirəmsə, ATV-nin müxbiriydi, yenə də deyirəm, səhv etmirəmsə) yapdı, dilə gətirdi...Çox maraqlı bir bənzətməydi...Bahar xanım da bu bənzətmədən məmnunluğunu ifadə etdi...
Qarşıdan həm canımız Türkiyədə (haziranda-iyunda), həm də Azərbaycanda ( noyabrda) növbəti parlament seçkiləri gəlir...Çox güman və böyük ehtimalla ki, hər iki xanım öz partiyalarından yenidən- növbəti dəfə namizəd irəli sürüləcəklər...Meral xanım TBMM-in iclaslarına sədrlik müddətinin başa çatdığı gün vida çıxışında (konuşmasında) belə bir fikir söylədi ki, getmək var, gedib də dönməmək var, dönüb də bulmamaq var... Ancaq mən çox istərdim ki, hər iki xanım-Meral xanım da, Bahar xanım da getsinlər və yenidən parlamentə dönsünlər, dönsünlər və haqq etdiklərinə sahib olsunlar, haqq etdiklərini bulsunlar. Hər iki dəyərli xanıma da uğurlar olsun. Amin!
Kamil Həmzəoğlu (Həmidov)






































































































