AXCP Müsavatı aşağıladı -

AXCP Müsavatı aşağıladı - "Əli bəy mədəni insan kimi..."

Hazırda oxunan: AXCP Müsavatı aşağıladı - "Əli bəy mədəni insan kimi..."

67319
AXCP funksionerləri əməkdaşlıq üçün müraciət edən Müsavat Partiyasını aşağılayıb. "Azadlıq" qəzeti saytının 18 yanvar, saat 18.16-da yayınladığı xəbərin mətni bu aşağılanmanın bariz sübutudur. AXCP funksionerləri Müsavat başqanı Arif Hacılının təşəbbüsü ilə Əli Kərimli ilə baş tutan görüşü şərh edərkən, Müsavat haqda işlətdikləri ifadələr bir batman balla həzm ediləcək deyil. Mətndən belə çıxır ki, AXCP sədri Müsavat başqanı ilə görüşmək üçün bir lütf etmiş, "mədəni insan kimi" onun xahişini geri çevirməmiş, lakin Müsavatla heç bir əməkdaşlıqdan söhbət gedə bilməz. Çünki... Musavat.com həmin xəbəri olduğu kimi təqdim edir:

Əli Kərimli Arif Hacılı ilə niyə görüşüb?


AXCP sədri Əli Kərimli bir neçə gün qabaq Müsavat başqanı Arif Hacılı ilə görüşüb. Görüş barədə Arif Hacılı yanvarın 15-də Milli Strateji Düşüncə Mərkəzinin parlament seçkilərinin müzakirəsinə həsr olunmuş tədbirində çıxışı zamanı məlumat verib.



Daha sonra o, “Yeni Müsavat”x9d qəzetinə deyib ki, görüşün təşəbbüskarı özü olub: “Görüş mənim təşəbbüsümlə baş tutdu. Təqribən iki saata yaxın müzakirə apardıq. Görüşdə iki partiya arasında əməkdaşlıq perspektivləri müzakirə olundu. Mən fikirlərimi və Müsavat Partiyasının mövqeyini AXCP sədrinin diqqətinə çatdırdım. Yəqin ki, bu məsələlər AXCP rəhbərliyində müzakirə olunduqdan sonra fikir bildirmək olar”x9d.
Arif Hacılı bildirib ki, görüş partiyalara aidiyyəti olmayan kənar bir yerdə keçirilib. Bundan sonra bu görüşlərin davam etdirilməsi ilə bağlı hər hansı razılıq əldə olunmayıb.


Hələ Arif Hacılının qəzetə dediklərindən əvvəl, belə bir görüşün baş verdiyi bəlli olan kimi AXCP fəalları xüsusən də facebook-da öz etirazlarını bildirməyə başladılar. Etirazlarda bildirilirdi ki, Müsavatın indiyədək etdikləri müqabilində onunla yenidən əməkdaşlıq qəbul edilə bilməz.


Bu etirazlara cavab olaraq, AXCP sədrinin müavini Əbülfəz Qurbanlı facebook səhifəsində izahedici bir qeyd paylaşdı. Yazdı ki, belə bir görüşün olacağı partiyanın Rəyasət Heyətinə bəlli idi və bu görüşdən uzağagedən nəticələr çıxarmaq lazım deyil: “Əli bəy partiyanın Rəyasət Heyətinə məlumat vermişdi ki, Arif bəy məktub yazıb, görüşmək istəyir. Əli bəy mədəni adamdır, çoxdan tanıdığı bir adam onunla görüşmək istəyib, o da imtina etməyib. Görüşüb, dinləyib. Sadəcə bu qədər. Heç kim uzağa gedən nəticələr çıxarmasın”x9d.

Lakin Əbülfəz Qurbanlınin bu izahatından sonra da “AXCP yenidən Müsavatla bir araya gəlməməlidir”x9d şəklində etirazlar səsləndirildi. Bu etirazlarda istifadə olunan başlıca arqument budur ki, Müsavatın Milli Şuradan, real müxalifət düşərgəsindən ayrıldığı, ona arxadan zərbə vurduğu heç bir il deyil; Milli Şuradan ayrılandan sonra Müsavatın bəzi funksionerləri, onun müdafiə etdiyi qəzet bu quruma və AXCP-yə qarşı şər-böhtan kampaniyası aparıb; Müxalifət birliyindən çıxmış, AXCP ilə müttəfiqliyi pozmuş bu partiya indi hansı üzlə yenidən birlik, müttəfiqlik istəyir?

AXCP fəallarının bu etirazları ilə bağlı partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilova müraciət etdik. “Nə baş verir? Doğrudanmı AXCP yenidən Müsavatla bir araya gəlir?”x9d deyə soruşduq.


Mətbuat xidmətinin rəhbəri bildirdi ki, əslində sədr müavini Əbülfəz Qurbanlının verdiyi izahatdan sonra mövzu qapanmalı idi. “O görüşdən sonra partiyamızın sədr müavini Əbülfəz Qurbanlının verdiyi açıqlama əslində, suallara nöqtə qoymalı idi. Əbülfəz bəyin açıqlaması partiyanın bu məsələ üzrə mövqeyini ifadə edib. Bir daha bildirirəm ki, görüş faktından başqa nəticələr çıxarmaq lazım deyil. Arif Hacılı görüş üçün müraciət edib, Əli bəy də mədəni insan kimi siyasi etikaya uyğun olaraq onunla görüşüb. Amma bizim partiya olaraq Müsavat partiyası ilə hər hansı birlik, ittifaq yaratmaq kimi planlarımız yoxdur və məncə, bu barədə Arif bəyin özünə də deyilib. Müsavat rəhbərliyi gərək birlik haqda Milli Şuranı tərk etməzdən qabaq düşünəydi”x9d.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO