
- A-
- A
- A+
Trampa qarşı YENİ İTTİHAM: “Miss İsveçrə” müsabiqəsinin keçmiş iştirakçısı...
“Miss İsveçrə” müsabiqəsinin keçmiş iştirakçısı Beatris Koyl Donald Trampın 1993-cü ilin noyabrında Nyu-Yorkdakı “Plaza” hotelində onu zorladığını iddia edib.
Bizim.Media xəbər verir ki, Koylun iddiaları ABŞ Konqresinin Nümayəndələr Palatasının Hüquq komitəsindəki demokratların Trampın Ceffri Epşteynlə ehtimal olunan əlaqələrinə dair yeni hesabatında yer alıb.
Ağ Ev ittihamları qəti şəkildə rədd edib. Administrasiyanın nümayəndəsi Loren Bis iddiaların həqiqətə uyğun olmadığını və hesabatın ictimaiyyətin diqqətini yayındırmaq cəhdi olduğunu bildirib.
Hesabat müəllifləri Koylun ifadələrini Epşteynin qadınları təhsil və karyera imkanları vədləri ilə cəlb etməsi barədə digər ifadələrlə müqayisə ediblər. Bununla belə, Koylun iddiaları ilə bağlı Trampa qarşı cinayət ittihamı irəli sürülməyib.
Qeyd edək ki, 2023-cü ildə məhkəmənin münsiflər heyəti yazıçı Elizabet Cin Kerrollun iddiası üzrə Trampı cinsi zorakılığa və böhtana görə məsuliyyətli hesab edib və ona 5,6 milyon dollar təzminat ödənilməsinə qərar verib. Tramp həmin ittihamları rədd edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































