İnterpolun axtardığı azərbaycanlı Polşada saxlanıldı

İnterpolun axtardığı azərbaycanlı Polşada saxlanıldı

Hazırda oxunan: İnterpolun axtardığı azərbaycanlı Polşada saxlanıldı
644553
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Polşada İnterpolun “qırmızı bildiriş”i ilə axtarılan 51 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb. O, Lüksemburq–Varşava marşrutu üzrə hərəkət edən avtobusun sərnişini olub.

Bizim.Media Polşa Sərhəd Mühafizəsinin Baş İdarəsinin rəsmi məlumatına istinadən xəbər verir ki, hadisə oktyabrın 25-də Şvetsko (Świecko) sərhəd məntəqəsində baş verib.

Müvəqqəti sərhəd nəzarəti çərçivəsində Polşaya daxil olan avtobusu yoxlayan sərhədçilər sərnişinlərdən birinin beynəlxalq axtarışda olduğunu müəyyənləşdiriblər. Məlumat bazalarındakı qeydlər yoxlanıldıqdan və axtarışın qüvvədə olduğu təsdiqləndikdən sonra həmin şəxs saxlanılıb.

Polşa tərəfinin açıqlamasına görə, Azərbaycan vətəndaşı ölkəsində başqa bir şəxsin böyük məbləğdə əmlak itkisinə səbəb olmuş dələduzluq əməllərində şübhəli bilinir. Onun beynəlxalq axtarışı Azərbaycan hüquq-mühafizə orqanlarının müraciəti əsasında elan edilib.

Qojuv prokurorluğu saxlanılan şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müraciət edib. Polşa Sərhəd Mühafizəsi onun ekstradisiyasının gözlənildiyini bildirib.

Saxlanılan şəxsin adı, ona aid edilən əməllərin təfərrüatları və dəymiş zərərin dəqiq məbləği açıqlanmayıb. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO