
- A-
- A
- A+
Baxçalı: “Azərbaycanla Türkiyə arasındakı qardaşlıq daha dərin, tarixi xarakter daşıyır”
“Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri siyasi və diplomatik məsələlərdən daha dərin, tarixi xarakter daşıyır”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Cümhuriyyətin 103-cü, türk respublikalarının müstəqilliklərinin 35-ci ildönümü və Türk Dövlətləri Təşkilatının Ankarada keçiriləcək sammiti münasibətilə yazılı açıqlamasında qeyd edib.
“Azərbaycanla Türkiyə arasındakı qardaşlıq o qədər dərin köklərə malikdir ki, onu mövcud hadisələrin çərçivəsinə sığdırmaq mümkün deyil. Bu qardaşlıq siyasi və diplomatik məsələlərin hüdudlarını aşır və tarixi xarakter daşıyır. Qardaşlığımız iki xalqın iradəsi ilə möhkəmlənib, ortaq mübarizələrlə bərkiyib və nəsildən-nəslə ötürülür”, – deyə o vurğulayıb.
Baxçalı qeyd edib ki, hər hansı fikir ayrılığının şişirdilməsinə və müəyyən mübahisələrin davamlı parçalanmaya çevrilməsinə yol vermək olmaz.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































