
- A-
- A
- A+
Dünyanın ən bahalı tablosunu Leonardo da Vinçi deyil, tələbəsi çəkib?
Leonardo da Vinçinin 2017-ci ildə 450 milyon dollara satılan “Dünyanın xilaskarı” (“Salvator Mundi”) tablosunun müəllifi başqa rəssamdır.
Bizim.Media xəbər verir ki, bu qənaətə süni intellekt gəlib. Əsəri təhlil edərək onun da Vinçinin tələbələrindən biri olan Covanni Antonio Boltraffio tərəfindən çəkildiyini iddia edib.
Braziliyanın Luminari adlı süni intellekt sistemi müəllifin Boltraffio olması ehtimalını 81 faizə qaldrıb.
Lakin ekspertlər bu nəticəyə ehtiyatla yanaşır və onu sübut kimi qəbul etmirlər. Leonardo da Vinçinin yaradıcılığı üzrə mütəxəssis, professor Frank Zöllner süni intellektin təhlilinin faydalı olduğunu bildirib.
Əgər tablonun Boltraffio tərəfindən çəkildiyi təsdiqlənsə, onun bazar dəyəri satış zamanı ödənilən məbləğin cəmi yüzdə biri qədər olacaq.
2017-ci ildə “Salvator Mundi” “Christie’s” hərracında Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmana 450 milyon dollara satılıb. Həmin vaxtdan əsər ictimaiyyətə nümayiş etdirilməyib. Gələcəkdə onun Ər-Riyadda açılması planlaşdırılan Dünya Mədəniyyətləri Muzeyində təqdim olunması nəzərdə tutulur.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































