Nazirlər Kabinetində Azərbaycan Respublikasında əhalinin növbəti siyahıyaalınmasının keçirilməsi ilə bağlı məsələlərə həsr olunmuş iclası keçirilir.
Bizim.Media xəbər verir ki, iclasda ölkədə növbəti əhalinin siyahıyaalınmasına hazırlıq məsələləri, görüləcək təşkilati tədbirlər, aidiyyəti dövlət qurumlarının üzərinə düşən vəzifələr müzakirə olunur.
Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edir. Baş nazir görüləcək işlərlə bağlı iclas iştirakçılarına məlumat verəcək.
Qeyd edək ki, Prezident İlham Əliyev 2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında Fərman imzalayıb.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
11:15 / 17.07.2026
Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına dair iclası KEÇİRİLİR
Hazırda oxunan: Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına dair iclası KEÇİRİLİR
Hazırda oxunan: Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına dair iclası KEÇİRİLİR
625826
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































