Prezidentə gələn TƏBRİKLƏR...

Prezidentə gələn TƏBRİKLƏR...

Hazırda oxunan: Prezidentə gələn TƏBRİKLƏR...

615609

İsveçrə Konfederasiyasının Prezidenti Gi Parmelin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri.

İsveçrə Federal Şurası və İsveçrə xalqı adından Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırıram. Həmçinin ölkənizin və xalqınızın xoşbəxt, uğurlu gələcəyi ilə bağlı ən xoş arzularımı bildirirəm.

Azərbaycan və İsveçrə möhkəm ikitərəfli əlaqələrə malikdir. Əminəm ki, Cənubi Qafqazda müsbət dəyişiklikləri nəzərə alaraq, bu əlaqələrimiz qarşıdakı illərdə də konstruktiv şəkildə inkişaf edəcəkdir.

Zati-aliləri, Sizə olan yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

*****

İspaniya Kralı VI Felipe Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə İspaniya Hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Cənab Prezident, Sizə cansağlığı, sevimli Azərbaycan xalqına sülh, firavanlıq və tərəqqi arzulayıram.

Dərin hörmət və ehtiramla".

*****

İndoneziya Prezidenti Prabovo Subianto Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"İndoneziya Respublikasının Hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımdan Azərbaycan Respublikasının Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə Zati-alinizə və xalqınıza ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf duyuram.

Dərin və mürəkkəb geosiyasi dəyişikliklərlə səciyyələnən müasir dövrdə Azərbaycan özünü sabitliyin və tərəqqinin mühüm sütunlarından biri kimi uğurla təsdiq etmişdir. Avropa ilə Asiyanın strateji kəsişməsində yerləşən Azərbaycanın təşəbbüskar diplomatiyası, transmilli əlaqələrin inkişafında mühüm rolu və qlobal enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfə ölkənizin müasir beynəlxalq arenada əvəzolunmaz əhəmiyyətini nümayiş etdirir.

İndoneziya Azərbaycanı yalnız dost ölkə kimi deyil, həm də qlobal reallıqların idarə olunmasında mühüm tərəfdaş kimi qiymətləndirir. Ortaq dəyərlərimizi və qarşılıqlı maraqlarımızı nəzərə alaraq, İndoneziya ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsinə sadiqdir.

Ticarət, enerji və sosial-mədəni əlaqələr kimi əsas sahələrdə yeni əməkdaşlıq imkanlarının genişləndirilməsini səbirsizliklə gözləyirik. Əminəm ki, həm ikitərəfli kontekstdə, həm də çoxtərəfli platformalarda sıx əməkdaşlığımızı davam etdirməklə ölkələrimiz yalnız xalqlarımız üçün daha böyük faydalar yaratmayacaq, eyni zamanda, qlobal sülhə və davamlı inkişafa mühüm töhfələr verəcəklər.

Zati-alinizə möhkəm cansağlığı və davamlı müvəffəqiyyət, Azərbaycan xalqına isə sülh, rifah və firavanlıq arzularımı səmimiyyətlə çatdırıram.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO