Səhvən 2 ton xiyar sifariş etdilər, həyatları dəyişdi - FOTO

Səhvən 2 ton xiyar sifariş etdilər, həyatları dəyişdi - FOTO

Hazırda oxunan: Səhvən 2 ton xiyar sifariş etdilər, həyatları dəyişdi - FOTO
644068
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şotlandiyada iki sahibkarın 200 kiloqram əvəzinə səhvən 2 ton xiyar sifariş etməsi onların biznesində dönüş nöqtəsi olub.

Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, Lucy Patto Davidson və Kat Goldin qida israfını azaltmaq məqsədilə artıq tərəvəzlərdən turşu hazırlamağa başlayıblar. İlk məhsullarına maraq gözlədiklərindən çox olub.
 

Səhv sifariş nəticəsində əllərində 2 ton xiyar qalan sahibkarlar məhsulların xarab olmaması üçün qısa müddətdə böyük həcmdə turşu hazırlayıblar. Hazırladıqları məhsulların cəmi bir neçə həftəyə satılması onları istehsalı genişləndirməyə həvəsləndirib.


Beləliklə, "Goat Rodeo Goods" markasını yaradan tərəfdaşların məhsulları Böyük Britaniyada 400 mağazada satışa çıxarılıb. 

Sahibkarlar 2026-cı ildə satış gəlirlərinin 500 min funt sterlinqi keçəcəyini gözləyirlər.

Səhvən 2 ton xiyar sifariş etdilər, həyatları dəyişdi - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO