“İranlılar Azərbaycanın dəstəyini xatırlayacaqlar...” - FOTO

“İranlılar Azərbaycanın dəstəyini xatırlayacaqlar...” - FOTO

Hazırda oxunan: “İranlılar Azərbaycanın dəstəyini xatırlayacaqlar...” - FOTO
607106
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İran xalqı göstərdiyi həmrəyliyə görə azərbaycanlılara təşəkkür edib.

Bizim.Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai "X" sosial şəbəkə hesabında yazıb.

"Müsəlman ölkələri və bütün regionda, eləcə də dünyada vicdanlı, ədalət axtaran insanlar tərəfindən İran xalqının ABŞ-İsrail təcavüzünə qarşı müqavimətinə dəstək olaraq nümayiş etdirilən misilsiz həmrəylik dərindən təqdir olunur", - paylaşımda bildirilib.

Bəqai İranla həmrəylik edən ölkələrin adlarını da açıqlayıb:

"İranlılar bütün dünyada, xüsusilə İraq, Yəmən, Livan, Türkiyə, Pakistan, Əfqanıstan, Hindistan, Fələstin və bir neçə Afrika ölkəsində, eləcə də Tacikistan, Azərbaycan, Meksika, Kuba, Yaponiya, Fransa, Böyük Britaniya, Braziliya və hətta Birləşmiş Ştatların öz daxilində İran xalqına qarşı qanunsuz müharibəyə qarşı müqavimətə öz həmrəyliyini və dəstəyini ifadə edənləri xatırlayacaqlar".

“İranlılar Azərbaycanın dəstəyini xatırlayacaqlar...” - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO