ABŞ hökuməti tərəfindən din azadlığı pozulmuş ölkələrlə bağlı ictimaiyyətə məlumat verilib, eyni zamanda ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının (BDAK) bununla əlaqədar bəyanatı dərc edilib.
Bizim.Media xəbər verir ki, Dövlət Departamentinin məlumatında 1998-ci il tarixli Beynəlxalq Dini Etiqad Azadlığı Aktına əsasən, ölkələr “xüsusi narahatlıq yaradan” və “xüsusi izləmə” olmaqla 2 təsnifat üzrə qruplaşdırılıb.
Qeyd edək ki, BDAK-ın bəyanatında Komissiya tərəfindən dərc edilmiş 2020-ci il hesabatında növbəti dəfə ədalətsizliyə yol verilərək bir sıra ölkələrlə yanaşı, Azərbaycanın da “xüsusi izləmə“ siyahısına daxil olunması tövsiyəsi xatırladılıb.
Lakin ABŞ-ın dövlət katibinin tövsiyəsi əsasında Azərbaycan bu il “xüsusi narahatlıq yaradan” və ya “xüsusi izləmə” siyahılarına daxil edilməyib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:28 / 23.12.2020
ABŞ dövlət katibi Azərbaycanı bu siyahıya daxil etmədi
Hazırda oxunan: ABŞ dövlət katibi Azərbaycanı bu siyahıya daxil etmədi
Hazırda oxunan: ABŞ dövlət katibi Azərbaycanı bu siyahıya daxil etmədi
6065
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.