İsrail atəşkəsi POZDU - Əhaliyə TƏCİLİ ÇAĞIRIŞ

İsrail atəşkəsi POZDU - Əhaliyə TƏCİLİ ÇAĞIRIŞ

Hazırda oxunan: İsrail atəşkəsi POZDU - Əhaliyə TƏCİLİ ÇAĞIRIŞ

607609

Livan ordusu atəşkəs qüvvəyə mindikdən sonra İsrailin hücumlarının davam etdiyini təsdiqləyib və ölkənin cənub bölgəsində yaşayan sakinləri evlərinə qayıtmağa tələsməməyə çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Livan ordusunun mətbuat xidməti məlumat yayıb.

Açıqlamada deyilir: “İsrailin hücumlarının davam etməsi və atəşkəs sazişinin bir sıra pozuntuları səbəbindən vətəndaşları cənub kənd və şəhərlərinə qayıtmağa tələsməməyə çağırırıq”.

Qeyd olunur ki, ölkənin hərbi rəhbərliyi vəziyyəti diqqətlə izləyir və zəruri təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində fəaliyyətini davam etdirir. Eyni zamanda, vətəndaşlara təhlükəli ərazilərdən, xüsusilə gecə saatlarında uzaq durmaq tövsiyə olunur.
 

Bundan əvvəl Livanın Milli Xəbər Agentliyi İsrailin ölkənin cənubundakı Xiyam və Dbeybin şəhərlərinə pulemyotlardan atəş açdığını bildirmişdi.


Xatırladaq ki, dünən İsrail və Livan arasında 10 günlük atəşkəs razılaşması əldə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO