Ceyhun Bayramov Əraqçi ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Ceyhun Bayramov Əraqçi ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Əraqçi ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO
584426
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran xarici işlər naziri Abbas Əraqçi ilə təkbətək və geniş formatlı görüşlər keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X”də paylaşım edib.

Müzakirələrdə Azərbaycan və İran arasında mehriban qonşuluq münasibətləri və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın hazırkı gündəliyini və perspektivləri diqqətə çatdırılıb.

Tərəflər xüsusilə Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi və Şərqi Zəngəzur İqtisadi Bölgəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə layihələri daxil olmaqla nəqliyyat-logistika sahəsinə diqqət yetirərək iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi yollarını və vasitələrini müzakirə ediblər.
 

Qeyd edilib ki, görüşdə humanitar əməkdaşlığa da toxunulub, o cümlədən Bakı-Tehran-Təbriz arasında artan uçuşlar, təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlıq vurğulanıb.


BMT, Qoşulmama Hərəkatı və İƏT kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi və Azərbaycanın azad edilmiş ərazilərində münaqişədən sonrakı yenidənqurma səyləri barədə fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Əraqçi ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO - foto 1
Ceyhun Bayramov Əraqçi ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO - foto 2
Ceyhun Bayramov Əraqçi ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO - foto 3
Ceyhun Bayramov Əraqçi ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO