Böyük Britaniya İran səfirliyini yenidən açmağa hazırlaşır

Böyük Britaniya İran səfirliyini yenidən açmağa hazırlaşır

Hazırda oxunan: Böyük Britaniya İran səfirliyini yenidən açmağa hazırlaşır

48189

İranda yeni prezidentin seçilməsi və İranın nüvə proqramı barədə sazişdən sonra diplomatik əlaqələr bərpa olunmağa başlayıb. Son günlər İraqdakı İŞİD silahlı qrupunun qarşısını almaq barədə maraqların üst-üstə düşməsi da Qərblə İran arasında əlaqələri yaxınlaşdırıb.

Moderator.az xəbər verir ki, bu barədə BBC-nin siyasət üzrə redaktoru Nick BBC-yə açıqlama verib.

Deyirb ki, ötən həftə sonu Birtaniya XİN-nin rəhbəri Villiam Hague  məsələ ilə bağlı İranlı həmkarı ilə  danışıb.

Robinsonun sözlərinə görə Hague məsələ ilə bağlı  Britaniya millət vəkillərinə bəyanat ünvamlayıb. Çərşənbə axşamı isə xarici işlər naziri Villiam Hague İran paytaxtı Tehranda Britaniya səfirliyinin yenidən açılması üçün planını açıqlayacaq.

Britaniyanın İrana keçmiş səfiri Ser Villiam Patey isə deyib ki, bu addım potensial olaraq iki ölkə arasında əlaqələrdə "çox mühüm bir an" ola bilər.

 Qeyd edək ki, əlaqələr 2011-ci ildə İrandakı Britaniya səfirliyinə hücumlardan sonra Britaniya İranla diplomatik əlaqələri dayandırmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO