ABŞ səfirinin Səfər Əbiyevlə seçki müzakirəsi qalmaqalla bitdi

ABŞ səfirinin Səfər Əbiyevlə seçki müzakirəsi qalmaqalla bitdi

Hazırda oxunan: ABŞ səfirinin Səfər Əbiyevlə seçki müzakirəsi qalmaqalla bitdi

35259
Səfər Əbiyev ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningtarı qəbul edib. Azadlıq Radiosunun yaydığı məlumata görə görüşdə ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.

Nazir uğurlarla yanaşı, qarşılıqlı əməksdaşlığa əngəl törədən amillərdən də danışıb, özəlliklə məlum 907-ci düzəlişin hələ aradan qaldırılmamasına təəssüfünü bildirib. Bu düzəliş Amerikanın Azərbaycana dövlət yarımını məhdudlaşdırır.

Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı da söhbət olub. Səfər Əbiyev seçkinin ədalətli, demokratik və azad şəraitdə yekunlaşdığını əsas gətirərək prosesi müşahidə edən beynəlxalq təşkilatların və xarici ölkə nümayəndələrinin bütövlükdə müsbət rəy verdiyini qeyd edib. O, ATƏT-in Demokratik Təsisatlarvə İnsan Hüquqları Bürosunun, eləcə də ABŞ Dövlət Departamentinin prezident seçkiləri ilə bağlı qeyri-obyektiv və həqiqətə uyğun olmayan bəyanatlarla çıxış etmələrindən narahatlığını da dilə gətirib: «Son illər Azərbaycanda keçirilən bütün seçkilərə ATƏT-in adıçəkilən missiyası nədənsə davamlı olaraq mənfi rəy verir. Burada ikili standartın təzahürlərini hiss etməmək mümkün deyil».
Səfər Əbiyev deyib ki, 2008-ci ilin fevralında Ermənistanda total saxtakarlıqla keçirilən prezident seçkilərinə ABŞ Dövlət Departamenti və ATƏT/ DTİHB bütövlükdə müsbət rəy verib:
«İrəvanda küçələrə axışan minlərlə insana hökumət silahlı təzyiqlər göstərsə və azı 10 seçici qətlə yetirilsə də, Ermənistanın rəhbərliyinə heç bir ciddi beynəlxalq təpki olmadı. Fərqli yanaşmanı doğuran səbəblər nədir?» Səfər Əbiyev bütün bunların ciddi təhlilə ehtiyacı olduğunu, siyasi proseslərin qiymətləndirilməsində ikili standartların yolverilməzliyini vurğulayıb.
Müdafiə Nazirliyinin məlumatına görə, Ricçard Morningstar Səfər Əbiyevin fikirləri ilə razılaşdığını və 907-ci düzəlişin nəzərdən keçirilməsinin zəruriliyini bildirib. Səfir deyib ki, seçkilər artıq arxada qalıb və İlham Əliyev qalibdir: «Edilən tənqidlər prezident seçkilərinin nəticələrinə təsir göstərmir. İlham Əliyev qalibdir».
Görüşdə əməkdaşlıqla bağlı digər məsələlər də müzakirə olunub.
ABŞ səfirliyi Morninqstarın nazirlikdəki görüşü barədə məlumatlara aydınlıq gətirib. Səfirliyin mətbuat xidmətindən “Azadlıq” qəzetinin sorğusuna cavab olaraq bildirilib ki, bu görüş özəl, diplomatik görüş olub: “Görüş konstruktiv xarakter daşıyıb. Lakin səfir Morninqstara aid edilən fikirlər dəqiq deyil”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO