Asəf Quliyev:

Asəf Quliyev: "Heç kəs AXCP və Müsavatı aldada bilməz"

Hazırda oxunan: Asəf Quliyev: "Heç kəs AXCP və Müsavatı aldada bilməz"

33944

Politoloq  Natiq  Miri mətbuata verdiyi son açıqlamasında Milli Şuranın AXCP və Müsavat partiyalarına qarşı qurulan bir təşkilat olduğunu bildirib. Politoloqun sözlərinə görə,  müxalifətin birliyini istəməyən qüvvələr Milli Şuranı yaradaraq Müsavat və AXCP-ni oyuna gətiriblər.

Mövzu ilə əlaqədar olaraq Moderator.az-ın sualını cavablandıran AXCP sədrinin müavini, Milli Şura üzvü Asəf Quliyev  Natiq Mirinin fikirlərinin qərəzli olduğunu bildirdi:

“Bu tamamən yanlış fikirdir.  AXCP və Müsavat partiyaları hələ 2010-cu ildə birləşərək İctimai Palatanı təsis edib. Biz bu qurumu yaradan zaman məqsədimiz müxalifətin daha böyük birliyinə nail olmaq idi”. AXCP funksionerinin bildirdiyinə görə, onların bütün addımları qarşıdan gələn prezident seçkilərinə hesablanıb:

“2011-ci ilin əvvəlində AXCP- məclisinin toplantısı zamanı partiyamız əsas strategiyamızı müəyyən  etdi. Sədrimiz Əli Kərimli hələ o dövrdə qeyd etmişdi ki, müxalifətin vahid namizədi olacağı halda, partiyamız bu namizədə tam dəstək olacaq. Milli Şura AXCP və Müsavatın birgə yaratdığı təşkilatdır. Biz bu qurumda təmsil olunmağa görə peşman deyilik  . Heç kim AXCP və Müsavatı aldada bilməz. Natiq Mirinin  bu fikirləri qərəzdən başaq bir şey deyil”

 

Xəyal Əzizov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO