Vətəndaş və İnkişaf Partiyası Siyasi Şurasının        BƏYANATI

Vətəndaş və İnkişaf Partiyası Siyasi Şurasının BƏYANATI

Hazırda oxunan: Vətəndaş və İnkişaf Partiyası Siyasi Şurasının BƏYANATI

33804

      VİP-in mətbuat xidmətindən Moderator.az-a adıçəkilən partiyanın Siyasi Şurasının bəyanatı daxil olub.Bəyanatı olduğu kimi təqdim edirik:

 2013-cü il oktyabrın 9-da keçiriləcək prezident seçkilərində Vətəndaş və İnkişaf Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Əli Əliyevin 15 avqust 2013-cü il tarixdən imzatoplama kampaniyasına start verilmişdir. Namizədin qeydə alınması üçün zəruri olan 40 min imzaya qarşı sentyabrın 3-ə qədər 46 səlahiyyətli nümayəndə, 200-ə yaxın partiya fəalı və təəssübkeşi tərəfindən 44750 imza toplanmışdır. Beş gün ərzində namizədin seçki Qərargahında həmin imzalar ekspert qrupu tərəfindən yoxlanmış, sentyabrın 8-də 853 imza vərəqində 42364 imza (88 seçki dairəsi daxil olmaqla) Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilmişdir.

        Sentyabrın 13-də MSK şübhəli arqumentlərə əsaslanaraq Əli Əliyevin namizədliyinin qeydə alınmaması ilə bağlı qərar çıxarmışdır. MSK istənilən namizədə qarşı irəli sürülə biləcək, şübhə doğuran və gülünc oxşar imza iddiası ilə 6592 “saxta imza” aşkar etmişdir. MSK Seçki Məcəlləsinin 59.3-cü maddəsini kobud şəkildə pozaraq imzaların yoxlanması prosesinə namizədin səlahiyyətli nümayəndələrindən heç birini dəvət etməmişdir.

 

       VİP Siyasi Şurası bəyan edir ki, Əli Əliyevin qeydə alınmaması bir daha hakimiyyətin öz təsiri altına ala bilmədiyi milli və dövlətçilik maraqlarını hər şeydən üstün tutan siyasi təşkilata və onun rəhbərinə qarşı qərəzli mövqeyinin bariz nümunəsidir. Əslində hakimiyyətin Əli Əliyevə qarşı çirkin addımı 2010-cu il parlament seçkilərində də özünü açıq-aşkar göstərmişdi. 15 saylı Yasamal I seçki dairəsində seçkilərin gedişinə kobud müdaxilə olunmuş, dairədə heç bir dəstəyi olmayan şəxs deputat təyin edilmişdir.

 

       VİP Siyasi Şurası Ə.Əliyevə qarşı yönələn çirkin addımları həm də, partıyanın son dövrlərdə Rusiyanın Azərbaycanda aparmaq istədiyi yeni müstəmləkəçi siyasətinə qarşı ardıcıl mövqeyinin hakimiyyətdəki Rusiya meylli qüvvələrin maraqlarına uyğun gəlməməsi kimi dəyərləndirilir.

       MSK-nın 13 sentyabr 2013-cü il tarixli qərarının qanunsuz hesab edildiyini, prezidentliyə namizəd Ə.Əliyevin və minlərlə VİP üzvünün hüquqlarının kobud şəkildə pozulduğunu bəyan edən VİP Siyasi Şurası bununla yanaşı imzatoplama kompaniyasında iştirak edən bütün partiya üzvlərinə Ə.Əliyevin namizədliyinin qeydə alınması üçün imza verən on minlərlə seçiciyə öz minnətdarlığını bildirir.

       VİP Siyasi Şurası bəyan edir ki, hakimiyyət bu qanunsuz qərar vasitəsilə rəqiblərindən birini sıradan çıxarmaqla əvvəlcədən seçkinin demokratikliyini və legitimliyini, ədalətli keçiriləcəyini birmənalı şəkildə şübhə altına alır.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO