“MTN hələ 1992-ci il fevralın 18-də Şuşa və Laçının  işğal planı haqda məlumat vermişdi...”

“MTN hələ 1992-ci il fevralın 18-də Şuşa və Laçının işğal planı haqda məlumat vermişdi...”

Hazırda oxunan: “MTN hələ 1992-ci il fevralın 18-də Şuşa və Laçının işğal planı haqda məlumat vermişdi...”

260979

Xocalı faciəsindən düz 8 il öncə, yəni 1984-cü ildə, el dilində desək, hələ “dünyanın guya düz vaxtında” ermənilər tərəfindən Azərbaycanın bir kəndi tamamilə yer üzündən silinib.xa0Həmin kəndin adını yalnızxa0 ömrünün yetkin illərini Dağlıq Qarabağ və ya Ağdam rayonunda yaşamış azərbaycanlılar bilər...xa0

xa0

Moderator.azxa0əməkdaşı həmin kəndin adına Xocalı soyqırımıyla bağlı 26 il öncə yazılmış rəsmi bir sənəddə rast gəlib.xa0Məhz bu diqqətəlayiq fakt bizi həmin sənədi bütövlükdə oxucularımızın müzakirəsinə buraxmaq qərarına gəlməyə vadar etdi. Söhbət xa0xa01993-cü il fevralındaxa0 Milli Məclisin iclasında qəbul ounmuş “Azərbaycan Respublikası Milli Məclisinin Dağlıq Qarabağda, o cümlədən Xocalıda törədilmiş soyqırımı hadisələrini aydınlaşdıran deputat istintaq komissiyasının RƏYİ”ndən gedir. Hələlik sənəd müəlliflərinin, komissiya üzvlərinin adlarını çəkməyəcəyik. Təbii ki, bilənlər biləcək. Ancaq ümumi oxucu kütləsi kimisə təbliğ etmək məqsədi güddüyümüzü düşünməsin deyə, həmin adları sonda açıqlayacağıq. Deyə bilmərik ki, xa0DEPUTAT-İSTİNTAQ KOMİSSİYASININ RƏYİndə Xocalı və 1988-1992-ci illərdə Qarabağda vəxa0 ümumiyyətlə, Azərbaycanda yaşanmış ictimai-siyasi və hərbi olaylar tam obyektiv əks etdirilib. xa0Lakin 26 il əvvəl xa0neçə-neçə insanın zəhməti sayəsində qəbul olunmuş vəxa0 bəhs edilən faciələr barədə ilk rəsmi sənədlərdən olan həmin sənədi yenidən ictimaiyyətin müzakirəsinə çıxarmaq hələ də bir sıra məqamları qaranlıq qalan Dağlıq Qarabağ hadisələrinin və xüsusən, bu günlərdə növbəti 27-ci ildönümünü yaşayacağımız Xocalı faciəsinin bəzi gizlinlərinin üzə çıxmasına səbəb ola bilər. Bu sənəd son iki onillikdə, demək olar ki, qəzet və saytlarda dərc edilməyib, ictimailəşdirilməyib. Mümkündür ki, 25-26 il öncə sözügedən rəylə tanış olmuş adamlar, o cümlədən tanınmış siyasət nümayəndələri, ziyalı, xa0hərbçi və qazilər, hətta sənəd müəlliflərinin özləri belə, bu gün həmin sənədi yenidən nəzərdən keçirdikdən sonra hansısa fakt, olay, məqam, proses barədə tamamilə fərqli şərhlər versin. Öncədən bildirək ki, oxucuların, həmçinin materialda adları çəkilən şəxslərin, o dövr olaylarının şahidi olmuş hər bir kəsin fikir və mülahizələrini dəxa0 təqdim etməyə hazırıq.

Beləliklə, sözügedən materialı müzakirənizə təqdim edirik:

xa0

xa0(Əvvəli bu linkdə://www.moderator.az/news/260805.html)

xa0

“Xocalı məsələsi ilə də Şahin Musayev məşğul olmalı idi...”

xa0

“...Milli Təhlükəsizlik Nazirliyinin xətti ilə 18 fevral 1992-ci ildə Gəncədən vurulan teleqramda deyilir(fraqmentlər):

“Erməni yaraqlılarının Xocalı şəhərinə hücumlarını dəf etmək üçün təxribat-kəşfiyyat dəstəsi yaratmaq və onu lazımi silahlarla təchiz etmək lazmdır. Lakinxa0hazırda Xocalıxa0müdafiəçilərindəxa0olanxa0silahlar (1 BRDM vəxa01 “BTR”) hücumun qarşısınıxa0almaq üçünxa0kifayət deyil...xa0

...Yaraqlıların hazırdaxa0əsas məqsədixa0şosse yolununxa0Şuşa-Laçın sahəsini tutmaqdırxa0ki... sonradaxa0əsasxa0zərbənixa0Şuşaxa0şəhərinəxa0vura bilsinlər...xa0xa0

xa0

...Şuşa-Laçın yolu iləxa0Gorus rayonuxa0ərazisinəxa0koridorxa0açmaq barədəxa0təbliğat aparılır..."xa0



Xahişxa0edirik, diqqətxa0yetirin - fevralın 18-dəxa0MTN ermənilərinxa0xa0Şuşa vəxa0Laçın xa0konkretxa0 planı barədə xa0məlumat vermişdi...xa0

Telefonoqramın mabədi(fraqmentlər):xa0

xa0

"...Bundanxa0xa0əlavə, buxa0yaxınlarda silahlıxa0xa0dəstələrin rəhbərliyin-dəxa0xa0dəyişiklik olub.xa0Beləxa0ki,xa0müdafiəxa0 naziri (bədnamxa0“Dağlıq Qarabağxa0Respublikası”xa0nəzərdəxa0tutulur" -K.) Serjikxa0Sərkisyan adlıxa0birisi təyinxa0 olunubxa0- 36-38 yaşlarındadır, keçmişxa0komsomolxa0işçisidir...

xa0

Stepanakertdəxa0Ermənistandan hərbixa0vəxa0mülkixa0 vertolyotlarda gələnlərin hesabına yaraqlıların sayıxa0artır.xa0

xa0

Serjik Sərkisyanın dediyinəxa0görə, onlarxa0yaxın vaxtlarda Xocalıxa0şəhərini tutmağıxa0planlaşdırırlar...xa0

Bu barədəxa0Azərbaycan Respublikasının Müdafiəxa0Nazirliyinəxa0məlumat verilib".xa0

Bu sənədlərəxa0xa0əməliyyat vəxa0agenturaxa0əməkdaşlarının verdikləri bir yığınxa0xa0şəxslərin məlumatları,xa0 faktlarıxa0da, müxtəlif vəzifəlixa0xa0şəxslərin, ayrı-ayrıxa0xa0vətəndaşların müraciətini,xa0məktublarını,xa0xa0əsirlərinxa0 dediklərini və s. və i.a.xa0xa0əlavəxa0edin. Nəticəxa0birmənalıdır: respublikanın rəhbərliyixa0də, Müdafiəxa0Nazirliyininxa0rəhbərliyixa0dəxa0borclarıxa0idi,xa0dəqiq, incəliklərinəxa0xa0qədər bilməliydilər - Xocalıdakıxa0xa0vəziyyətixa0də, Xocalıya hazırlananxa0 hücumu da, hətta hücumunxa0təxmini dəxa0olsa vaxtınıxa0da...xa0

xa0

Hətta hücum və Xocalı faciəsixa0ərəfəsindəxa0dəxa0Prezident bir teleqramxa0vəxa0birxa0şifroqramxa0almışdı.xa0

Birincisi, Xocalı İcra Hakimiyyətinin başçısı Elman Məmmədovdan və Xocalıxa0prokuroru A.xa0Atakişiyevdən gəlmişdi (söz yoxxa0ki, Ağdamdandır); surəti - başxa0

prokuror M.xa0Babayevəxa0vəxa0"24 saat" teleproqramına.xa0

xa0

Onlar hələxa0dəxa0inanır vəxa0kömək gələcəyinəxa0ümid edirdilər. Səciyyəvi haldır ki,xa0buxa0anda da teleqramxa0 iki ayxa0ondanxa0əvvəl vurulmuşxa0teleqramınxa0sözləri iləxa0başlanır:xa0

xa0

"Əziz rəhbərimiz, Xocalıxa0artıqxa0əldən gedir, bütün buxa0hadisələr Xocalının üstündədir:xa0Xocalı gedərsə, DQMV ermənilərindir, biz Xocalını saxlasaq, DQMV bizimdir... Əgər siz bizəxa0 bu gün kömək eləməsəniz, artıq 4 illik zəhmət hədər gedəcək. Biz sizdən təxirəsalınmazxa0köməkxa0 gözləyirik. Xocalıxa0Azərbaycanın taleyinixa0həll edir"...xa0

Eləxa0xa0həmin gün, fevralın 25-dəxa0prezidentəxa0respublika Ali Sovetinin sədr müavini Tamerlan Qarayev dəxa0 Ağdamdanxa0şifroqramxa0göndərmişdi.xa0

xa0

Şifroqramdanxa0fraqmentlər:xa0

xa0

"...Xocalıda vəxa0Umudluda qüvvəxa0tamamiləxa0tükənib.xa0Yeni qüvvəxa0gəlmədiyindən (iki gündənxa0çoxdurxa0

vertolyotlar uçmur)xa0erməni yaraqlılarına müqavimət göstərməkxa0xa0ən aşağıxa0xa0səviyyəyəxa0enmişdir. Hər hansıxa0

ləngiməxa0ağlagəlməz nəticəyəxa0gətiribxa0çıxara bilər.xa0 Xocalıxa0xa0şəhərini vəxa0Umudlu kəndini mühasirədən çıxarmaq üçün qəti tədbirlər görülməlidir. Buxa0məqsədləxa0Ağdamaxa0məsul vəxa0səriştəlixa0şəxsxa0göndərilsin vəxa0bu tədbirlərin bir sutkaxa0ərzindəxa0təşkili ona həvaləxa0

olunsun...xa0

...Yuxarıda qeydxa0olunanlar barədəxa0dəfələrləxa0səlahiyyətli orqanlara vəxa0şəxslərəxa0məlumat verilib.xa0

Sizin qərarınızıxa0gözləyirəm".xa0

xa0

Bu şifroqramın üzərindəxa0xa0hətta Prezidentin dərkənarıxa0daxa0yoxdur. Buna cavab olaraq, təəssüf ki, Xocalıyaxa0 hücumxa0başlanmışdıxa0- fevralın 25-dən 26-na keçən gecə...

xa0

(Bundan sonra Xocalıya hücumda aparıcı hərbi qüvvə olmuş Rusiyanın 366-cı alayının soyqırımından öncə və sonrakı vəziyyəti barədə ətraflı arayış verilir. Həmin alay haqda mətbuatda və televiziyada çox məlumatlar verildiyindən Rəyin həmin hissəsini dərc etməyi lazım bilmədik)

xa0

xa0AĞDAM

xa0

Biz, rəyimizin bu bölməsində bəri başdan üzr istəyərək, məlum səbəblərə görə, bəzi hərbi formalaşmaların, onların yerləşdiyi məkan və komandirlərin soyadlarıylaxa0 əlaqədar söhbətimizdə konkretlikdən qaçacağıq. Ağdam cəbhə xəttində yerləşən şəhərdir(söhbət 1992-ci ildən gedir-S.L.) və hərbi formalaşmaların bəziləri hələ də orada fəaliyyətdədir; biz isə onlara mane ola bilərik...

xa0

Müzakirə elədiyimiz dövrdə Qarabağ bölgəsində hadisələrin axarına təsir göstərə biləcək bütün təşkilatlar felən Ağdam şəhərində yerləşirdi. Qarabağ zonası üzrə Prezident Müvəkkilliyi, öz aparatı ilə birlikdə, Daxili İşlər İdarəsi, Müdafiə Nazirliyinin komandanlığının qərargahı, respublikanın bir sıra nazirliklərinin və idarələrinin müvəqqəti nümayəndəlikləri məhz burada mərkəzləşdirilmişdi. Bura Ağdam rayonunun özünün qurum bölmələrini,xa0 rayonun komendaturasını, eləcə də Daxili İşlər, Müdafiə nazirliklərinin, habelə könüllülər xətti ilə yaradılmış hərbi qurumları da əlavə edin. Son dövrdə iki komandir həlak olmuşdur – Allahverdi Bağırov və Şirin Mirzəyev. Allah onlara rəhmətxa0 eləsin!

xa0

Külli miqdarda materiallardan,xa0 sənədlərdən, çoxsaylı şahidlərin ifadələrindən bizə aydın olduğu kimi, Ağdam(hər halda bu ilin fevral ayında) onun ictimai-siyasi vəziyyəti anlayışında özünü paytaxtımızın aynası timsalında təcəssüm etdirmişdi. Bura cəbhəyanı şəhərlərə xas olan xüsusiyyət – onun daimi gərginliyini, həyəcanlarını və hökm sürən ictimai-siyasi vəziyyəti əlavə etsəniz, məsələ aydın olar.

xa0

Bu ilinxa0 fevral ayının 2-dən Qarabağ zonası üzrə prezident müvəkkili vəzifəsində Musa Məmmədov işləyirdi. Biz istəməzdik ki, heç kimi narahat edək, lakin müzakirə etdiyimiz məsələyə üstüörtülü, nəzakətlə yanaşmaq yaramaz. Bizə elə gəlir ki, M.Məmmədov, sadəcə olaraq, xa0gərək bu vəzifəni boynuna götürməyəydi, gərək ayıq başla öz imkanlarını götür-qoy edəydi. Hər şeydən əvvəl, özünün iradə impulslarını nəzərə alaydı. Biz daha demirik ki, onun əvvəlki fəaliyyətinin indiki təyinatıyla heç bir əlaqəsi yoxdur...

xa0

Onun ifadəsindəki bir fraqment bizim nəzərimizdə də rəmzixa0 məna kəsb edir:

“Ayın 17-də, ermənilər Qaradağlını alandan sonra gəldim Bakıya, Prezidentin qəbuluna ki, bizə kömək edən yoxdur. Mütəllibov heç kimə konkret söz deməyib, Müdafiə naziri yox idi. Hər şeyi Şahin Musayevə həvalə etmişdilər. Xocalı məsələsi ilə də Ş.Musayev məşğul olmalı idi... Getdim Musayevə dedim ki, camaat Xocalıda acından ölür,xa0 vertolyot verin, ərzaq daşısın. Mənə kobud cavab verib dedi ki, mənim işimə qarışma, sən hərbi adam deyilsən. Musayev kömək eləmədi... Mütəllibova zəng elədim və Musayevin sözünü ona bildirdim... O dedi ki, yaxşı hərbçidir, bu saat ona tapşırıq verərəm. Getdim Musayevlə yenə görüşdüm, yenə kömək eləmədi. Halbuki, vertolyot var idi. Onda zəng etdim Mütəllibova...”

xa0

Və sairə və ilaxir.. Hamısı bu ruhdadır, izaha, bizcə, xa0ehtiyac yoxdur. xa0Qoy sizi Prezidentə yazılmış ətraflı, dəqiq arayış çaşdırmasın. Əvvəla, o arayış professional tərəfindən tərtib edilib. İkincisi, müşahidə eləməyi(düzgün müşahidə olsa da) bacarmaq azdır, gərək FƏALİYYƏT GÖSTƏRMƏYİ DƏ BACARASAN. Musa Məmmədovun düşdüyü vəziyyət qətiyyət,xa0 güzəştə getməmək, sərlik tələb edirdi ondan. O, gərək qətiyyətlə həll edəydi məsələni. Amma onun əlindən gəlmirdi sərtlik, bacarmırdı. Biz bu məsələnin üzərində dayanmazdıq, əgər bu, respublika rəhbərliyinin kadr siyasətində yeganə hadisə olsaydı. Məsələ də burasındadır ki, bu, tipik hadisədir. Fevral ayında Ağdamda kadrların təyin olunması, dəyişdirilməsi barədə bütöv kitab yazmaq olar. Belə hallar olduqca çox idi(özü də bir qayda olaraq hər səviyyədə), özü də əsas etibarilə heç bir məntiqi əndazəyə sığmırdı, işlərin qaydaya salınmasına kömək etmirdi. Əksinə, işlərin korlanmasına aparıb çıxarırdı. Və yəqin ki, elə bu kadrlarla “məşq etmək” oyunu Xocalı faciəsini yaxınlaşdırdı, ona şərait yaratdı.

Özünüz mühakimə edin...”

xa0

(Davamı var)

xa0

Təqdim etdi: Sultan Laçın

xa0

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO