ABŞ-ın Kaliforniya ştatının Lənkəranla qardaşlaşmış Monterey şəhərində Monterey-Lənkəran Dostluq Assosasiyasının icraçı direktoru Nensi Selfricxa0 Lənkərana səfəri çərçivəsində Lənkəran Dövlət Universitetinə baş çəkib. Hörmətli qonağı LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovxa0 qəbul edib. Qəbul çay süfrəsi arxasında, dostluq və səmimilik şəraitində keçib.xa0 Söhbət zamanıxa0 professor Natiq İbrahimov ABŞ-Azərbaycan əlaqələri çərçivəsində Monterey və Lənkəran şəhərlərinin dostluq münasibətlərini yüksək dəyərləndirib vəxa0 tərəflər arasındaxa0 işgüzar əlaqələrin davamlı olmasınınxa0 xa0hər iki tərəf üçün faydalı olacağını deyib.xa0 Universitetdəxa0 son illərdə gedən təhsil islahatlarından, maddi –texniki bazanın dünya standartlarına uyğun şəkildə yeniləndiyindən söz açan universitet rəsmisixa0 məqsədlərinin müasir tələblərə cavab verən, bazarxa0 rəqabətinəxa0 davam gətirən kadr hazırlığı olduğunu,LDU ilə Kaliforniya şəhərlərindəki ali təhsil müəssisələri arasında dostluq əlaqələrinin yaradılmasında maraqlı olduqlarını deyib, müəllim-tələbə mübadiləsinin səmərəliliyini vurğulayıb.xa0

Səmimi qəbula görə minnətdarlıq edən amerikalı qonaq LDU ilə tanışlıqdan, burdaxa0 gördüklərindənxa0 xa0məmnunxa0 olduğunu bildirib . Universitetdə təcrübi məşğələlərə geniş yer ayrılmasınI, kadrların praktik hazırlığına böyük önəm verilməsini müsbət təcrübə kimi dəyərləndirən xanım Nensixa0 bu xətti ardıcıl davam etdirməyi tövsiyə edib.

Amerikalı qonaq LDU-daxa0 təhsil alan tələbələrlə görüşə də vaxt tapıb.Tələbələrləxa0 görüş qarşılıqlı dialoq və disskusiya şəraitində, rəsmilərin iştirakı olmadanxa0 keçib.
Görüşdən sonra xanım Nensi Selfrici xoş təəssüratını LDU rəhbərliyi ilə bölüşüb və tələbələrin hazırlıq səviyyəsindən, diskussiya bacarıqlarındanxa0 razı qaldığını deyib. Öz növbəsində professor Natiq İbrahimov daxa0 xa0amerikalı qonağaxa0 LDU-yaxa0 gəldiyinə görə minnətdarlıq bildirib,xa0 xa0xatirə hədiyyəsi təqdim edib.



Xatırladaq ki, Monterey və Lənkəran şəhərləri arasında Qardaşlaşmış Münasibətlər haqqında müvafiq razılaşmaxa0 2011-ci ilin iyun ayında , Lənkəran Şəhər İcra Hakimiyyəti nümayəndələrinin Kaliforniya ştatına işgüzar səfəri çərçivəsində imzalanmışdı.
Esmira İsmayılova
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri





































































































