Zaxarova: “Rusiya Bakı ilə İrəvan arasında birbaşa dialoqu dəstəkləyir”

Zaxarova: “Rusiya Bakı ilə İrəvan arasında birbaşa dialoqu dəstəkləyir”

Hazırda oxunan: Zaxarova: “Rusiya Bakı ilə İrəvan arasında birbaşa dialoqu dəstəkləyir”
231461
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Moskva hesab edir ki, Bakı ilə İrəvan arasında münaqişənin nizamlanmasının əsasını Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlar kompleksi təşkil edir”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi həftəlik brifinqdə bildirib.
 

O vurğulayıb ki, Rusiya Bakı ilə İrəvan arasında birbaşa dialoqu dəstəkləyir və münasibətlərin normallaşdırılmasına, balanslaşdırılmış sülh müqaviləsinin işlənib hazırlanmasına, nəqliyyat və iqtisadi əlaqələrin açılmasına, sərhədlərin delimitasiyası və demarkasiyasına, habelə vətəndaş cəmiyyətləri arasında əlaqələrin inkişafına köməklik etməyə hazırdır.


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi əlavə edib ki, üç Cənubi Qafqaz dövlətini (Azərbaycan, Ermənistan və Gürcüstan) və üç qonşu dövləti (Rusiya, İran və Türkiyə) birləşdirən “3+3” platforması perspektivli regional əməkdaşlıq mexanizminə çevrilə bilər.

“İndiki mərhələdə Donald Tramp administrasiyasının Cənubi Qafqazla bağlı siyasətini proqnozlaşdırmaq çətindir. Ötən illərin təcrübəsi göstərir ki, qeyri-regional oyunçuların, o cümlədən ABŞ və Avropa ölkələrinin müdaxilə edilməsi region üçün müsbət nəticə verməyib”, - Zaxarova bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO