«Terrorçular qondarma «Qarabağ» ordusuna qoşulublar»- İlham Əliyev

«Terrorçular qondarma «Qarabağ» ordusuna qoşulublar»- İlham Əliyev

Hazırda oxunan: «Terrorçular qondarma «Qarabağ» ordusuna qoşulublar»- İlham Əliyev

1944

“Ermənistana qarşı mücahidlərin döyüşməsi doğru məlumat deyil. Mən bilmirəm bu məlumat niyə yayılmışdı və hələ də yayılır”.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İtalyanın “La Republica” qəzetinə müsahibəsində deyib.

Prezident İlham Əliyev bununla bağlı heç bir sübutun olmadığını, digər tərəfdən belə bir addıma ehtiyac duyulmadığını xüsusi vurğulayıb.

“Mən dəfələrlə demişəm ki, bizim 100 min döyüşçüsü olan ordumuz var, nizami ordu. Tam səfərbərlik elan etsək, bundan bir neçə dəfə çox adam səfərbər edə bilərik. Bizim müasir silahlarımız var. Mükəmməl texnologiyamız var və bizim çox yüksək döyüş ruhumuz var. Ona görə də, buna ehtiyac yoxdur”.

Dövlət başçısı Ermənistan ordusunda kifayət qədər əcnəbilərin döyüşdüyünə də diqqət çəkib. Buna dair kifayət qədər dəlillərin olduğunu deyib:

“Onlar erməni əsilli olduqlarını deyirlər, lakin birincisi, bunun heç bir fərqi yoxdur. Çünki əgər əcnəbi vətəndaş bir ölkə tərəfindən digər ölkəyə qarşı döyüşürsə, o, muzdludur. Bundan əlavə, onların hamısının erməni olmasına dair bizdə 100 faiz dəlil yoxdur. Biz başqalarının olduğunu bilirik. Bilirik ki, PKK oradadır. Bilirik ki, Yaxın Şərqdən bəzi terrorçular qondarma “Dağlıq Qarabağ ordusu”na qoşulublar”.

Dövlət başçısı Ermənistan ordusunun “qüdrəti” barədə yaradılan mifin də alt-üst olduğunu diqqətə çatdırıb:

“Biz sübut etdik ki, onların “guya məğlubedilməz ordusu” əfsanədir, mifdir və bunu qəbul etmək onlar üçün çox ağrılıdır. Lakin onlar artıq öz məğlubiyyətlərini etiraf ediblər. Baş nazir Paşinyan Prezident Putinə məktub göndərərək hərbi yardım xahiş edib. Bu, onların hərbi məğlubiyyətlərini və bizim qələbəmizi qəbul etmələri deməkdir”-deyə Prezident əlavə edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO