İyunun 21 və 22-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “Rus dünyası: indi və gələcəkdə”x9d adlı beynəlxalq elmi konfrans keçirilib. Kreml Sarayının xa0Kiçik zalında xa0baş tutan xa0konfransda dünyanın səksən ölkəsindən 700-dən artıq nümayəndə iştirak edib. Respublikamızı həmin tədbirdə Bakı Slavyan Universitetinin prorektoru, fil.ü.e.d., professor Rafiq Novruzov təmsil edib.xa0
xa0 xa0 xa0 xa0
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin, baş nazir Dmitri Medvedevin və təhsil naziri Olqa Vasilyevanın təbrik məktublarının oxunuşu ilə açılan tədbir xa0“Rus dünyası: oxşarlıq və konsolidasiya”x9d, “Rus dünyası mətnləri: klassika və müasirlik”x9d adlı iki bölmədə öz işini davam etdirib. Onu da qeyd edək ki, bölmələrin iclaslarına xa0B.A.Nikonova və akademik L.A.Verbitskaya kimi nüfuzlu alimlər rəhbərlik ediblər.
xa0 xa0 xa0 xa0 xa0xa0
Azərnbaycan nümayəndəsi, fil.ü.e.d. professor Rafiq Novruzov xa0L.A.Verbitskayanın rəhbərlik etdiyi bölmədə “Bədii mətn: klassika və müasirlik”x9d adlı məruzə ilə çıxış etmiş və alimin rus ədəbiyyatı ilə Azərbaycan ədəbiyyatının müqayisəsindən bəhs edən fikirləri iştirakçılar tərəfindən maraqla qarşılanıb. Alimin məruzəsində rus ədəbiyyatında rus milli xarakteri ümumbəşəri dəyərlər fonunda təhlil edilib.xa0
xa0 xa0 xa0 xa0 xa0xa0
R.Novruzovun məruzəsi yüksək qiymətləndirilib, konfransın toplusunda nəşrə tövsiyə edilib. xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0





























































































