MN-dən Türkiyəyə BAŞSAĞLIĞI - “Acınız bizim acımızdır”

MN-dən Türkiyəyə BAŞSAĞLIĞI - “Acınız bizim acımızdır”

Hazırda oxunan: MN-dən Türkiyəyə BAŞSAĞLIĞI - “Acınız bizim acımızdır”
173180
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Başsağlığında deyilir:

"Cari ilin 12 yanvar tarixində, Pençe-Kilit antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbər məni hədsiz kədərləndirdi.

Sizin acınız bizim də acımızdır.

Biz terrorun bütün növ təzahürlərini qətiyyətlə qınayırıq. Terrora qarşı aparılan kəskin mübarizədə daim qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və dəstəkləyirik".

Qeyd edək ki, İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı qardaş ölkənin 9 hərbçisi şəhid olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO