Pərdəarxasındakı rus barmağına baxmaq lazımdır.
Bir ziyalı olaraq kənardan durub seyirçi qala bilmədim. Əlbəttə, ürək bulandıran, insanı iyrəndirən çirkin bir olay olanda, xüsusilə də bir qadın haqqında münasibət bildiriləcəksə, bu çox ağır bir şeydir.
Biz bu cəmiyyətin üzvüyük, mən Azərbaycanda yaşayıram, bu ölkənin ziyalısıyam və nə olur-olsun, baş verən hadisəyə münasibət bildirməliyəm. Hələ bir qadının başına bu cür hadisə gəlibsə, kimin övladı olmasından asılı olmayaraq buna münasibət bildirmək düşünürəm ki, vicdan işidir.
MÖVZU İLƏ BAĞLI:
Tənzilə Rüstəmxanlıdan Türk Birliyinin yaranması ilə bağlı PƏRDƏARXASI FİKİRLƏR
Heç kəsə o səlahiyyəti verilməyib ki, səxsin özəl həyatına müdaxilə etsin. Son zamanlarda bəziləri bunu təşkil edirlər. Özlərinə bloqqer adı verib, əlinə bir kamera götürüb millətin ev-eşiyinə, həyətinə və yataq otağna girirlər. Bəs onlara bu səlahiyyəti kim verib? Əgər bunu edənlər o zaman cəzalandırılsaydı, bu gün bu hadisələrin şahidi olmazdıq.
Bu baş verənlərin hamısını qətiyyətlə pisləyirəm.
Gözümüzün qabağında illərlə ölkə başçısının ailəsi, dövlətə sədaqətli məmurların ailəsi, qızı, gəlini, oğlu söyüləndə bir çoxumuz susaraq kənardan tamaşa etmişik. Mən özüm bir çox jurnalistlər tərəfindən çox ağır şəkildə təhqir edilmişəm. İndi öz dərisi yanıb deyə münasibət bildirən həmin ziyalıların hamısı o zaman susurdu.
Dediyim odur ki, biz millətin ziyalısı olaraq zamanında bu kimi çirkin hadisəlırin qarşısında dursaydıq, ictimai qınaq olsaydı, bu cür hadisələr baş verməzdi və bu hadisədən Azərbaycan dövlətinin əleyhinə istifadə edib Amerikadan açıqlama, bəyanat verməzdilər.
Niyə? Əslində, məqsəd tamam başqadır.
Nəyə görə bunlar Qarabağda zəfərin əldə edilməsində müstəsna xidmətləri olmuş Dövlət Təhlükəsizliyi Xidmətinin 102 illiyində ortaya atılır, sırf onların işi imiş kimi qələmə verilir?
General Əli Nağıyevi tanıdığıma görə, onun təcrübəli bir mütəxəsis olduğunu bildiyim üçün,tam əminliklə deyə bilirəm ki, o belə bir şeyə yol verəcək adam deyil. Qəti olaraq ölkə başçısı da belə bir göstəriş verməz.
Bəs bu kimə lazımdır? Əlbəttə, mövcudiyyətini qorumaq üçün pislikdən bəhrələnənlərə…
Bəli! Kimə qarşı olmasının dəxli yoxdur, çirkin bir olay baş verib. Bunu edənlər isə tamam başqa güclərdir. O güclər ki, Qarabağ savaşında qalibiyyəti təmin edən Ali Baş Komandanı, ölkə başçısı İlham Əliyevi, Dövlət Təhlükəsizliyi Xidmətini hədəf taxtasına oturtmaq, onu hədəfə çevirmək istəyirlər.
Bunun arxasındakıları görmək lazımdır. Bunun başında günlərdir Azərbaycan cəmiyyətinin gündəmində olan, Azərbaycanda qarışıqlıq yaratmaq istəyənlər, Rusiyanın burada vassalllığını edən o güclərdir ki, onların əli ilə bunu topluma yansıtdılar və düşünürlər ki, məqsədlərinə nail olublar. Amma bu ölkənin yetərincə namuslu, şərəfli ziyalıları var ki bunun nə oyun olduğunu anlayırlar.
Düşünürəm ki, millətimiz bu məsələlərə daha dərindən baxacaq, pərdənin arxasını görməyə çalışacaq. Əks halda bizi bizə düşmən edəcəklər və Azərbaycan ziyan çəkəcək.
Bu çirkun oyunun aləti olmuyalım, bu iyrənc hadisələrin baş verməməsi üçün hər kəs ortaya mövqeyini qoymalı ve bir də bu cür hadisələr ən çox kimə sərf edir ona baxmak lazımdlr,bunu edə bilsək bu işin əsil müəllifləri də ortaya çıxacaqdır.
Bizim.Media