İlham Əliyev Qlobal Media Forumunun müntəzəm keçirilməsini təklif edib

Hazırda oxunan: İlham Əliyev Qlobal Media Forumunun müntəzəm keçirilməsini təklif edib

147428

“Ötən il Şuşada ilk Forum keçiriləndə mən göstəriş verdim ki, bu tədbiri beynəlxalq Foruma çevirmək lazımdır və bu, artıq baş verir”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident: "Cənubi Qafqazda vəziyyəti sabitləşdirməliyik, dayanıqlı sülhə nail olmalıyıq" - VİDEO


Bu tədbirdə çıxışçı kimi təqdim edildiyini, ancaq burada uzun, böyük çıxış etməyə ehtiyacın olmadığını hesab etdiyini bildirən dövlətimizin başçısı vurğulayıb: “Hesab etdim ki, bu sorğu-sual daha maraqlı olar”. 

Səbrli olduqları üçün iştirakçılara təşəkkür edən Prezident bildirib:

“Üç saata yaxındır ki, bir yerdəyik. Əminəm ki, bu müzakirələrin sayəsində siz ölkənizə çox yaxşı nəticələrlə qayıdacaqsınız və bizim hökumətimiz üçün də müəyyən maraqlı ideyalar, istiqamətlər olacaq. Sonuncu təklifim isə ondan ibarətdir ki, bu forum müntəzəm olaraq keçirilsin və buna birinci Şuşa Qlobal Media Forumu adı verilsin”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO