YAP-çı deputat ATƏT-in Minsk Qrupunun Vyana toplantısından heç nə gözləmir...

YAP-çı deputat ATƏT-in Minsk Qrupunun Vyana toplantısından heç nə gözləmir...

Hazırda oxunan: YAP-çı deputat ATƏT-in Minsk Qrupunun Vyana toplantısından heç nə gözləmir...

130477
Son hadisələr bir daha sübut etdi ki, regionda hər an genişmiqyaslı hərbi əməliyyatlar alovlana bilər.
xa0
Bunu Moderator.az - a açıqlamasında millət vəkili Elman Nəsirli deyib.
xa0
Onun sözlərinə görə, artıq xa0region ölkələri və beynəlxalq aləm bunun fərqindədir. “Məhz bu baxımdan da Rusiyanın xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu Azərbaycana səfər edəcək. Bundan əlavə olaraq Bakıda Azərbaycan, Rusiya, İran xarici işlər nazirlərinin toplantısı keçiriləcək. Bütün bunlarla yanaşı hazırda İranda Azərbaycan-İran-Türkiyə XİN başçılarının xa0növbəti görüşü xa0keçirilib və orada da Qarabağ xa0ətrafında yaranmış durum müzakirə edilib. Çünki regionda xa0müharibənin alovlanması istər - istəməz region ölkələrinin bu prosesdə aktivləşməsini zəruri edir. Region ölkələri müharibənin daha genişmiqyaslı xa0müharibəyə çevrilməsindən ehtiyyatlanırlar. Ona görə ki, genişmiqyaslı müharibə bütün region ölkələrinə böyük təhdiddir. Bu təhlükə olduğundan xa0region ölkələrinin XİN başçıları bir araya gəlib yaranmış vəziyyəti müzakirə edirlər”x9d, - deyə E. Nəsirli vurğuladı.

E. Nəsirli hesab edir ki, Ermənistan Azərbaycanın atəşkəslə bağlı təklifini qəbul etməyərək müqavimət göstərməkdə maraqlı görsənir:xa0
“Bu da regionda irimiqyaslı hərbi əməliyyatların xa0inkişafı ehtimalını saxlayır. Artıq İran da son olaylardan ziyan çəkib. Belə ki, Ermənilərin atdığı top mərmilərindən biri İran ərazisinə düşüb və orada da müəyyən narahatçılıq yaradıb. Mülki əhaliyə ziyan vurub. O baxımdan Azərbaycan-Rusiya-İran XİN başçılarının Bakıda görüşündən müəyyən ümidlər gözləmək olar. Əsasən də Rusiya XİN başçısı S. Lavrovun Bakıda keçirəcəyi görüşlərdən çox şey asılıdır. Rusiyanın Qarabağ münaqişəsinin həllində xüsusi rolu ola bilər.”x9d
xa0
ATƏT-in Minsk qrupunun Vyanda keçiriləcək toplantısına gəldikdə isə millət vəkili bildirdi ki, xa0ATƏT MQ-dən nəsə müsbət nəticə gözləməyə dəyməz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO