Ceyhun Bayramov: “Peşəkar kadr ehtiyatının gücləndirilməsi zəruridir” 

Ceyhun Bayramov: “Peşəkar kadr ehtiyatının gücləndirilməsi zəruridir” 

Hazırda oxunan: Ceyhun Bayramov: “Peşəkar kadr ehtiyatının gücləndirilməsi zəruridir” 

119285

Xarici işlər naziri Ceyhun Bayramov Xarici İşlər Nazirliyinin geniş tərkibli kollegiya iclasında dünya dövlətləri ilə həm ikitərəfli formatlarda, həm də beynəlxalq təşkilatlar çərçivəsində görülmüş aktiv işlərin, ölkəmiz tərəfindən irəlilədilən beynəlxalq və regional təşəbbüslər və platformaların əhəmiyyət daşıdığını qeyd edib. 

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə ardıcıl, sistemli və səmərəli şəkildə çatdırılması, bu istiqamətdə xaricdəki diplomatik nümayəndəliklərimizin fəaliyyətinin daha da canlandırılmasının əhəmiyyəti qeyd olunub. 

Nazir bu vəzifələrin icrası məqsədilə peşəkar və vətənpərvər kadr ehtiyatının gücləndirilməsinin zəruri olduğunu bildirib.

2022-ci il ərzində müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycanın namizədliklərinin müvafiq vəzifələrə seçilməsi üzrə uğurlu kampaniyalar barədə məlumat verilib və bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO