COVID-19 qurbanlarının sayı 6 milyonu ötdü

COVID-19 qurbanlarının sayı 6 milyonu ötdü

Hazırda oxunan: COVID-19 qurbanlarının sayı 6 milyonu ötdü

65967

Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 472,655,009nəfərə çatıb. 

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.

Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 6,105,629nəfər təşkil edir.  Yoluxma sayına görə ABŞ, Hindistan Braziliya və Fransa ilk dördlüyü bölüşür. 

ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 81,448,402 nəfərə çatıb, 998,840 nəfər infeksiya səbəbindən vəfat edib. 

İkinci yerdə qərarlaşan Hindistanda 43,010,971 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 516,574 nəfər ölüb. 

Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 29,641,848 nəfər virusa yoluxub, onlardan 657,363 nəfəri ölüb. 

Yoluxma sayına görə dördüncü olan Fransada indiyədək virusa 24,161,339 yoluxma, 141,085 ölüm halı qeydə alınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO