Nəyə görə küləkli və soyuq havada baş ağrıyır?

Hazırda oxunan: Nəyə görə küləkli və soyuq havada baş ağrıyır?

41507

İnsanlar arasında belə bir inam var ki, soyuqdan baş ağrıyır. Soyuğa çıxdım başım boynum ağrıdı, başım soyuqladı deyənlər çoxdur.

Bəs bu mifdir, yoxsa həqiqətən də soyuğun təsirindən baş ağrıyır?

Bizim.Media xəbər verir ki, əslində soyuq və küləkli hava ancaq nadir və xroniki xəstəliklərdə, xüsusən baş beyin xəstəliyi olanlara təsir edə bilər.

Əslində isə başda ağrılar çox az halda başın özündən qaynaqlanır. Çox zaman o, boyun şöbəsində arteriya və ya qığırdağın sıxılmasından, dəyişilməsindən baş verir.

“Beynin meningial qişasının iltihabı, eləcə də burun və daxili qulaqda iltihabi xəstəliyi olan şəxslərdə soyuq və küləyin təsirindən ağrı yarana bilər. İltihab ocağında daim oksigen çatışmır, orda toxumaların nekrozu baş verir, ağrı reseptorları daha tez qıcıqlanır.

Baş və üz dərisinə təsir edən soyuq kütlə bu nöqtələri, ocaqları qıcıqlandırır, temperatur dəyişikliyi xəstəyə pis təsir edir. Ağrı əzələ və sinirlərlə başa ötürülür. (Medichina.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO