
- A-
- A
- A+
Cəmiyyət
13:40 / 04.05.2024
Bakı sakinini bıçaqla hədələyib maşınını OĞURLADI
Hazırda oxunan: Bakı sakinini bıçaqla hədələyib maşınını OĞURLADI
190399
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Səbaildə maşın oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, Səbail Rayon Polis İdarəsinə mayın 2-si saat 03 radələrində Rüfət adlı şəxsin Bakı şəhər sakini olan bir nəfəri bıçaqla hədələyib onun “Renault” markalı avtomobilini quldurluq yolu ilə talaması barədə məlumat daxil olub.
Avtomobil həmin gün saat səhər saatlarında polislər tərəfindən Salyan yolu 12-nin qarşısında saz vəziyyətdə tapılıb.
Hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 2000-ci il təvəlüldlü Rüfət Eynullayev müəyyən olunaraq saxlanılıb.
Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































