Uşaqların kütləvi vaksinasiyasına ehtiyac yoxdur - Səhiyyə Nazirliyi - VİDEO

Hazırda oxunan: Uşaqların kütləvi vaksinasiyasına ehtiyac yoxdur - Səhiyyə Nazirliyi - VİDEO

40520

“Azərbaycanda gənclərin sayı çox olduğu üçün uşaqların kütləvi vaksinasiyasına ehtiyac yoxdur”.

Bizim.Media xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin şöbə müdiri Nabil Seyidov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Peyvənd 5-11 yaş uşaqları da qoruyur? - AÇIQLAMA


O, bildirib ki, bəzi dərmanların istifadəsi zamanı peyvənd vurulmasının effektivliyi olmaya bilər:

“Müəyyən dərman preparatları qəbul edən uşaqlara peyvəndin vurulub-vurulmamasını valideynlər həkimlə məsləhətləşməlidir. İmmun sistemini zəiflədən dərmanlar var ki, onlar onkoloji və s. xəstəliklərin müalicəsində müəyyən müddətdə istifadə olunur. Həmin dövrdə peyvənd vurulmasının heç bir faydası yoxdur. Çünki dərman peyvəndin effektivliyinin qarşısını alacaq.
 

Bundan başqa astmanın, allergiyanın kəskinləşməsi, ürək qüsurları səbəbindən yaranan pozuntular zamanı uşaqlar vaksinasiya prosesindən kənarlaşdırılmalıdırlar. Bu, onların vəziyyəti sabitləşənədək davam etməlidir”.


Həkim həmçinin qeyd edib ki, mütləq şəkildə uşaqların vaksinasiya edilməsi qadağandır kimi də bir hal yoxdur. 

“Çünki vaksinlərin əksəriyyətində istifadə edilən maddələrin ağırlaşma, allergiya yaratma potensialı çox aşağıdır. Belə hadisələr isə çox nadir hallarda baş verir”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO