Yay kimi isti keçən payızın insan sağlamlığına ZƏRƏRLƏRİ

Hazırda oxunan: Yay kimi isti keçən payızın insan sağlamlığına ZƏRƏRLƏRİ

159032

Demək olar ki, oktyabr ayının ortasına çatmışıq, lakin hələ də payızın intizarındayıq. Havalar olduqca isti keçir.

Bəs, yay kimi keçən payızın insan sağlamlığına hansı zərərləri var?

Həkim-terapevt Məlahət Abbasova Bizim.Media-ya bildirib ki, mövsümün dəyişməsi insanın orqanizmində də bir sıra dəyişikliklərə səbəb olur:

“Bütün dünyada iqlim dəyişikliyinin şahidi oluruq. Məsələn, Səudiyyə Ərəbistanda yağış və qar yağır. Yəni bütün dünyada iqlim dəyişdiyinə görə, bizdə də təbii ki, bu hal baş verir. 

Hazırda mənə müraciət edənlər arasında təzyiqi oynayanlar daha çoxdur. Ürək ağrıları, mədə-bağırsaq sisteminin pozulması ilə də müraciət edənlərin sayında artım var. Xəstələrin təzyiqi beş dəqiqə içində ya 120-yə düşür, ya da birdən 160-180-ə qalxır. Yəni havaların bu qədər isti keçməsi təzyiq problemi olanlara, hiperitoniklara, ürək-damar sistemi xəstə olan insanlara, mədə-bağırsaq sistemi pozulanlara daha çox mənfi təsir göstərir. 

Biz bu vaxtı soyuq havaları gözlədiyimizdən, payızın isti keçməsi hamının əhval-ruhiyyəsinə də təsir göstərir.

Havanın belə olması sırf təbiətlə əlaqədardır. İnsan özünü hər şeyə hazırlamalıdır. Xroniki xəstələr daimi qəbul etdiyi dərmanlardan vaxtlı-vaxtında istifadə etməlidirlər”.

Cahan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO