Səhiyyə Nazirliyi koronavirusla bağlı əhaliyə XƏBƏRDARLIQ ETDİ 

Hazırda oxunan: Səhiyyə Nazirliyi koronavirusla bağlı əhaliyə XƏBƏRDARLIQ ETDİ 

155784

"Hazırda Azərbaycanda koronavirusun "Eris" variantının yayılması barədə rəsmi məlumat yoxdur".

Bu barədə Bizim.Media-ya Səhiyyə Nazirliyinin mütəxəssis-eksperi, infeksionist Vasif Əliyev deyib.

İnfeksionist bildirib ki, hazırda qonşu ölkələrdə COVID-19-un yeni variantı aşkarlanıb:

"COVID-19-un yeni ştammi, həmçinin qrip, digər respirator infeksiyalar nisbətən yüngül formada keçdiyindən xəstələr əksər hallarda test vermək üçün xəstəxanaya və poliklinikalara müraciət etmirlər, ev şəraitində simptomatik müalicə alırlar. Bu isə öz növbəsində belə infeksiyalara yoluxmuş insanların rəsmi qeydiyyata alınmasını çətinləşdirir". 

Nazirlik rəsmisi bildirib ki, hazırda Azərbaycanda koronavirusun "Eris" variantının yayılması barədə rəsmi məlumat yoxdur: 

"Vətəndaşlarımıza bildirmək istərdim ki, bütün respirator infeksiyalardan qorunma tədbirləri eynidir. Sanitar və gigiyenik qaydalara riayət edilməsi vacibdir. Bura sosial məsafənin gözlənilməsi, xəstə insanın ev şəraitində izlənilməsi, əl təmizliyi kimi qaydalar və.s. aiddir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO