Rusiyanın Ermənistandakı səfiri seperatçıları necə ruhlandırır? - Qondarma rejimi qorxuya salan SƏBƏB

Hazırda oxunan: Rusiyanın Ermənistandakı səfiri seperatçıları necə ruhlandırır? - Qondarma rejimi qorxuya salan SƏBƏB

63512

“Ermənilərin regionda baş siyasi və hərbi hadəsələr fonunda özlərinə xal qazanmaq kimi manevrləri artıq bizə çoxdan məlumdur. Hər zaman erməni milliyyətçiləri və revanşistləri məqam gözləməkdə olurlar ki, onların xam xəyallarının gerçəkləşməsinə imkan yaransın”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Amid Əliyev bildirib.

Belə ki, Qarabağın sülhməramlıların müvəqqəti nəzarətində olan bölgəsində fəaliyyətini davam etdirən qondarma rejimin tör-töküntülərinin son günlər yenidən aktivləşməsinə münasibət bildirən politoloq baş verənləri ilk növbədə Ukrayna böhranı ilə əlaqələndirib:
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyanın səfiri Ermənistan-Türkiyə sərhədinə gəldi – NƏDƏN NARAHAT OLUB?


“Ukraynada baş verən hadisələr fonunda region dövlətləri bu məsələyə ya bitərəf qaldılar ya da ki, tərəf nümayiş etdirdilər. Erməni rəhbərliyi daima Rusiya və Qərb arasında tərəddüd etdiyi halda bu məsələdə neytralllıq göstərdi halbuki, onların tam Qərbmeyilli olmaları artıq hamıya məlumdur. Bu halda Ukrayna öz səfirini geri çağırdı. Bu diplomatik olaraq Ermənistana edilən etirazın yumşaq formasıdır”.

Amid Əliyev Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin birmənalı olmayan açılqamasının qondarma rejimin fəallaşmasına təsirlərindən də danışıb:

“Gürcüstandakı Rusiya sülhməramlılarına hücumun edilməsi və bundan istifadə edərək Qarabağda ermənilərin aktivləşərək hansısa uğur əldə etmələri tam əsassızdır. Belə ki, bildiyimiz kimi artıq Azərbaycanla Rusiya müttəfiq dövlətlərdir və bunu təsdiq edən Moskva bəyannaməsi var.

Bəyannamədə konkret olaraq göstərilib ki, hər bir dövlər qonşu dövlətin ərazisində mövcud olan separatçı ünsürlərə qarşı mübarizəyə qoşulacaq. Bax bu bənd Ermənistan dövlətinə və erməni cəmiyyətinə hissolunacaq dərəcədə narahatlıq verir. 

Eyni zamanda ölkə başçısının Moskvada bəyanatı zamanı erməni qanunsuz silahlılarının bölgədə qısa müddətdə çıxarılmasının vacib olduğunu səsləndirməsi artıq lazımi ünvanlara çatıb. Bu, həm də o deməkdir ki, Azərbaycan Rusiya ilə birgə bu ünsürlərə qarşı mübarizə aparmaq kartını əldə edib. Gürcüstanın isə hələ ki, Rusiya ilə münasibətləri tam istənilən vəziyyətdə deyildir. Çünki, Gürcüstan tam olaraq Qərbyönümlü xarici siyasət yeridir, Rusiya sülhməramlılarının ölkədə olması faktı ilə barışmır.

Rusiya isə Cənubi Osetiya və Abxaziyanı rəsmən tanıyıb. Təbii ki, bu qədər zidiyyət olan bir yerdə gürcü cəmiyyəti rus əsgərinə qarşı mənfi münasibətlərdən doğan hərəkətlər nümayiş etdirəcək. Bunun əksinə olaraq isə Azərbaycanda belə hallar müşahidə olunmur. Bölgədə xidmət aparan Rusiya sülhməramlılarının buraxdıqları səhvlər haqqında ən yuxarı səviyyədə xəbərdarlıqlar edilib və bundan da nəticə çıxarılıb”.

Politoloq Azərbaycanın yeritdiyi balanslı siyasətin ermənilərin cılız istəklərini xəyal olaraq saxlayacağını da sözlərinə əlavə edib:

“Sonda onu qeyd etmək lazımdır ki, Azərbaycanın bölgədə yaratdığı yeni reallığı çoxdan həm bölgə dövlətləri, həm qonşu və regional dövlətlər və dünya ictimaiyyəti qəbul edib. Hər keçən gün yerləşdiyimiz coğrafi məkanda baş verən hadisələr fonunda biz bunun bir daha şahidi oluruq. Proqramlaşdırılımış və balansalı xarici siyasət nəticəsində Azərbaycan qarşıya qoyulan məqsədlər çatacaq.

Bundan uduzan isə hələ ki, Ermənistan dövləti və erməni cəmiyyətidir. Ermənilərin bu qisimdən olan cılız və delitant xarakterli istəkləri isə yalnız xəyallarda qalacaq. Bunların heç biri reallığa dönüşməyəcək. Belə separatist fikirlərin baş qaldırmasına və regiondan yeni münaqişə və ziddiyyətin yaranmasına Azərbaycan heç zaman imkan verməyəcək”.



Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO