Ermənistanda seçki məntəqələrinə "bomba" təhdidi: Polis bəyanat yaydı

Ermənistanda seçki məntəqələrinə "bomba" təhdidi: Polis bəyanat yaydı

Hazırda oxunan: Ermənistanda seçki məntəqələrinə "bomba" təhdidi: Polis bəyanat yaydı
617761
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanda keçirilən parlament seçkiləri zamanı seçki prosesini pozmaq və cəmiyyətdə xof yaratmaq məqsədilə növbəti təxribata cəhd edilib. Ölkə vətəndaşlarına bəzi seçki məntəqələrində partlayıcı qurğuların yerləşdirilməsi ilə bağlı kütləvi yalan xəbərdarlıqlar daxil olub.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin (DİN) polis idarəsinin mətbuat xidməti rəsmi məlumat yayıb.

Rəsmi açıqlamaya görə, Ermənistan vətəndaşlarına müxtəlif xarici telefon nömrələrindən və elektron poçt (e-mail) ünvanlarından zənglər və mesajlar daxil olub. Həmin anonim ismarışlarda konkret seçki məntəqələrinə bombaların qoyulduğu iddia edilib.

Məlumat yayılan kimi hüquq-mühafizə orqanları operativ şəkildə hərəkətə keçiblər.

DİN-dən bildirilib: "Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən təxirəsalınmaz və operativ tədbirlər nəticəsində müəyyən edilmişdir ki, daxil olan sözügedən məlumatlar tamamilə yalandır və həqiqəti əks etdirmir".

Yoxlamalar zamanı məntəqələrdə hər hansı şübhəli və ya partlayıcı maddə aşkarlanmayıb, səsvermə prosesi maneəsiz şəkildə davam etdirilir. Hazırda kibertəhlükəsizlik və kəşfiyyat qurumları saxta zənglərin və mesajların hansı xarici ölkələrdən koordinasiya olunduğunu araşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO