Moskvada erməni qadın 3 azərbaycanlı gənci döydü

Moskvada erməni qadın 3 azərbaycanlı gənci döydü

Hazırda oxunan: Moskvada erməni qadın 3 azərbaycanlı gənci döydü
44416
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Moskvada qaydasız döyüş ustası erməni qadın üç sərxoş azərbaycanlını döyüb. Birinin vəziyyəti ağırdır.

Bizim.Media xəbər verir ki, noyabrın 2-də Moskvada erməni əsilli idmançı Diana Martirosyan üç sərxoş azərbaycanlını döyüb. Diananın 23 yaşı var, qaydasız döyüş idmanı ilə məşğuldur.

Hadisə Moskva metro stansiyalarından birinin ərazisində yerləşən kafenin yaxınlığında baş verib.

İdman zalından qayıdan erməni qadınla azərbaycanlılar arasında mübahisə yaşanıb. İdmançı erməni onların sərxoş olmasından istifadə edərək öyrəndiyi idman fəndlərini onların üzərində sınayıb.

19, 23 və 24 yaşlarında olan azərbaycanlı gənclərdən biri ağır vəziyyətdədir. 23 yaşlı İlham adlı soydaşımızın çənəsi və burnu sınıb.

O, xəstəxanaya yerləşdirilib. Daha iki nəfər isə ilkin tibbi yardım göstəriləndən sonra buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO