Ermənistan parlamentinin keçmiş deputatı axtarışa verildi – SƏBƏB 

Ermənistan parlamentinin keçmiş deputatı axtarışa verildi – SƏBƏB 

Hazırda oxunan: Ermənistan parlamentinin keçmiş deputatı axtarışa verildi – SƏBƏB 
27451
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistan parlamentinin keçmiş deputatı, iş adamı Arakel Movsisyan ("Şmays" kimi tanınır) axtarışa verilib. 

Bizim.Media xəbər verir ki, bu barədə bazar ertəsi "Joxovurd" qəzeti məlumat yayıb. 

Qeyd olunur ki, keçmiş deputatın maddi çətinliyi var və 10 min dollar borcunu ödəyə bilmir. 

Banklardan biri onu iflas elan etmək üçün məhkəməyə verib. Məhkəmə keçmiş deputata bir neçə dəfə çağırış vərəqəsi göndərsə də bir nəticə əldə edilməyib. Movsisyanın harada olduğu məlum deyil. Bundan sonra məhkəmə onu axtarışa verib. 

Qeyd edək ki, 2018-ci ilin iyununda məxməri inqilabdan bir müddət sonra Movsisyanın evində qanunsuz silah saxlamaq ittihamı ilə axtarış aparılıb.  

Həmin vaxt keçmiş deputat silahını Qarabağ müharibəsindən bəri evində qaldığını bildirərək təhvil verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO