Ermənistanda “Sorosçu ovu” davam edir

Ermənistanda “Sorosçu ovu” davam edir

Hazırda oxunan: Ermənistanda “Sorosçu ovu” davam edir

1932

Son günlərdə Ermənistan Qarabağ cəbhəsində ardıcıl və ciddi məğlubiyyətlər alır. Cəbhədəki məğlubiyyətləri isə diplomatik sahədəki uğursuzluqlar izləyir.

Ermənistan ictimai fikrində münaqişənin ancaq Rusiyanın istəyi və müdaxiləsi ilə həll oluna biləcəyi ilə bağlı fikirlər formalaşır. Bir sıra kütləvi informasiya vasitələri məqsədli şəkildə xalqı ancaq Rusiyanın problemləri həll edə biləcəyinə inandırmağa çalışır.

Qarabağdakı müharibə də NATO ölkələrinin müdaxilə etməkdə istəksiz olduqlarına, hələlik müşahidə mövqeyində qalmağı üstün tutduqlarına yer verilir. Çünki Türkiyə NATO-ya üzv dövlətdir və digər üzv dövlətlərlə ciddi əlaqələrə malikdir.

Erməni mətbuatı ictimai fikri Rusiya istiqamətinə yönləndirmək üçün ardıcıl olaraq ölkədəki Soros fondu və Qərblə əməkdaşlıq edən şəxsləri ifşa edir.

Belə şəxslərdən biri də Artur Sakunstdur.

Kimya mühəndisi olan Sakunstun Sorosun maliyyələşdirdiyi bir sıra təlim və seminarlarda iştirak etdikdən sonra insan hüquqları sahəsinə yönəldiyi qeyd olunur. Qərblə ciddi əlaqələrə malik olduğu qeyd edilən Sakunstun 2001-ci ildən Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri olduğu və 2006-cı ildən etibarən isə Soros fondundan müntəzəm olaraq qrant aldığı da qeyd olunur.

Məqalələrdə Sakunstun Qarabağı “ələ keçirilən ərazilər” adlandırması, Azərbaycanla barışıq haqqında təlimlər təşkil etməsi, Türkiyə və Soros əleyhinə hər hansı fəaliyyətinin olmamasına diqqət çəkilib.

Onun eyni zamanda Ermənistandakı Rus hərbi bazasına qarşı da təbliğat apardığı qeyd olunur.

Ermənistanda Rusiya ilə yaxınlaşmaq mesajlarının verildiyi bir vaxtda Sorosla əməkdaşlığa malik şəxslər haqqında yazıların yayılması diqqət çəkir. Paşinyan hakimiyyətinin Qərblə yaxınlaşmaq və demokratiya quruculuğu adı altında Qərbin dəstəyini qazanmaq planları suya düşdüyünü göstərir. İndi isə Ermənistan hakimiyyəti Rusiyaya yaxınlaşmağa çalışır. Bu istiqamətdə ilk iş kimi də Qərbdən maliyyə yardımları alan şəxslər və qurumlar ifşa edilir.

Rəvan Əliyev, Bizim,Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO