Aktrisa sevgilisi İlon Maskdan ayrıldı - SƏBƏB ƏKİZLƏR – FOTO

Aktrisa sevgilisi İlon Maskdan ayrıldı - SƏBƏB ƏKİZLƏR – FOTO

Hazırda oxunan: Aktrisa sevgilisi İlon Maskdan ayrıldı - SƏBƏB ƏKİZLƏR – FOTO

83422

Aktrisa Nataşa Bassett “Tesla” və “SpaceX” qurucusu İlon Maskla yollarını ayırıb.  

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, aşiqlərin ayrılığına səbəb ötən il Şivon Zilisin milyarderdən əkiz uşaq dünyaya gətirməsi olub. 

İnsayderin sözlərinə görə, Nataşa ümid edir ki, o və Mask hələ də dost ola bilər: 

“Nataşa indi karyerasına diqqət yetirməyi planlaşdırır. Aktrisa rol aldığı Elvis Preslinin bioqrafik filminin yayımlanmasından sonra "çox stres altında olduğunu" açıqlayıb:  

“Aktrisalıq karyerası həmişə Nataşanın arzusu olub. İ.Maskla isə ilk əsl sevgisidir. Nataşa növbəti addımları tək atmalı olduğunu başa düşür. Onun kənar səs-küyə vaxtı yoxdur”. 
İlon Maskla Nataşa Bassetin münasibəti bu ilin fevralında məlum olub. Los-Ancelesdə sahibkarın şəxsi təyyarəsindən enərkən paparassilər onların şəklini çəkiblər. Sonradan məlum olub ki, milyarder hətta sevgilisini anası Mey Maska tanış da edib.  

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO