Nurəddin Mehdixanlı:

Nurəddin Mehdixanlı: "Konsertdə Nazpəri brilliant komplektini mənə etibar etdi" - VİDEO 

Hazırda oxunan: Nurəddin Mehdixanlı: "Konsertdə Nazpəri brilliant komplektini mənə etibar etdi" - VİDEO 

83373

Xalq artisti Nurəddin Mehdixanlı Xalq artisti Nazpəri Dostəliyeva ilə necə tanış olmasının hekayəsindən söz açıb.  

Bizim.Media xəbər verir ki, aktyor müğənni ilə 25 il əvvəl “Heydər Əliyev Sarayı”nda keçirilən konsertlərin birində tanış olduğu haqda “Səhər mərkəzi” verilişində danışıb.  

“Nazpəri ilə tanışlığım çox qəribə oldu. Dövlət tədbiri idi. Mən də həmin konsert proqramın aparıcı idim. Nazpəri pilləkanlardan düşdü.

Əlində nə isə vardı. Onu mənə verib, çıxdı getdi. O ərəfədə də biz bir-birimizi tanısaq da, yaxın münasibətimiz yox idi. O, gedəndən sonra kiçik bağlamanı açıb brilliant komplekti (üzük, sırğalar) gördüm. Özümə sual verdim ki, “Nazpəri bunu mənə niyə verdi?” Komplekti cibimə qoydum” – deyə, N.Mehdixanlı bildirib.  

Verilişdə qonaq olan N.Dostəliyeva isə aktyorun bu sözlərini təsdiqləyərək “İstəmədim o üzük və sırğalarla səhnəyə çıxmaq. Ona görə brilliant komplekti Nurəddin bəyə verdim” söyləyib.  

Daha sonra Nurəddin Mehdixanlı fikirlərini belə davam edib: 

“Konsert bitəndən sonra Nazpəri də çıxıb getdi. Pilləkanda dayanıb Nazpərini gözlədim ki, o, nə zaman gəlib məndən brilliant komplektini götürəcək. Bir oğlan mənə yaxınlaşıb söylədi ki, “Nazpəri sizə bir şey verib, onu zəhmət olmasa mənə verin”. Cavab olaraq söylədim ki, “Sən kimsən? Bunu yalnız Nazpərinin özünə verəcəyəm. Bu elə belə şey deyil”. Gətirdim Nazpərinin elə özünə verdim. Bu hadisədən çox illər sonra Nazpəri mənə söylədi ki, “Baxdım gördüm ki, yalnız Nurəddin bəyə brilliant komplektimi etibar edə bilərəm”. Bizim şəxsi münasibətimiz bu hadisədən sonra başladı”.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO