Nura Suri: "Nigar zövqünü tapmayıb, Lalə isə... – VİDEO

Hazırda oxunan: Nura Suri: "Nigar zövqünü tapmayıb, Lalə isə... – VİDEO

81339

“Nigar Camalın klipdə yaratdığı 80-ci illərin obrazı daha uğurlu idi, nəyin ki, “Merlin Monro” obrazı. Nigar çox maraqlı və gözəl qadın və ifaçıdır. Amma o, hələ də zövqünü formalaşdırmayıb, obrazını yaratmamış bir ifaçıdır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nura Suri qonaq olduğu “7 özəl” gecə şousunda deyib. 

Sənətçi küsülü olduğu 2011-ci ildə Azərbaycana “Avroviziya” sevinci bəxş edən həmkarı Nigar Camalın tərzindən söz açıb. N.Suri N.Camalın zövgünü hələ də tapmadığını bildirib. 

“Stilistlərlə işləsəydi, daha fərqli olardı. Nigar ayın yarısı Londonda, yarısı isə Bakıda olur. İstəsə və cəhd etsə, çox gözəl obraz yarada bilər. Yəni bir obraz yaradardı, o obrazı da qəbul olunardı. Düşünürəm ki, Nigar hələ də axtarışdadır. “Merlin Monro” obrazı yalnız mənim Gürcüstanda çəkdiyim “Brilliantlar” klipimdə stilist Syamanın köməkliyi ilə eynisini yaratmışdıq. Deyəcəklər ki, arası yoxdur, deyə yaxşı söz demir. İnanın səmimiyyətimə, nə düşünürəmsə, onu da deyirəm. Heç kimə buradan söz atmıram”. 

Verilişin gedişatında Nura Əməkdar artist Lalə Məmmədovanın səhnə obrazını da “saf-çürük” edib. Müğənni həmkarının bu obrazda özünü rahat hiss etmədiyini söyləyib. 

“Lalə Məmmədova özü deyil. Çünki Laləni mən çox gözəl tanıyıram. Onun öz obrazı deyil. Stilist Elnur Həsənovun ona geyindirdiyi obrazdır. O ki qaldı o obrazda Lalə özünü komfortlu hiss edir ya yox, o haqda heç bir şərh verə bilmərəm.
Kənardan Lalə bu obrazda narahat görünür. Sadəcə Elnur deyir belə eləmək lazımdır, belə də edir. Heç kim məndən inciməsin. Heç kimi yalandan tərifləyə bilmərəm. Qısa, qara saçları Laləyə yaraşdırmıram. Ona daha çox uzun saçlarla görmək istəyirəm. Şərq tərzi hər adama yaraşmır”. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO