Laçında əsgərin ölümü ilə bağlı cinayət işi başlayıb

Hazırda oxunan: Laçında əsgərin ölümü ilə bağlı cinayət işi başlayıb

76625

Laçın rayonunda əsgərin ölümü ilə bağlı cinayət işi başlanılıb. 

Bu barədə Bizim.Media-ya Hərbi Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bidirilir ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məmmədov Mehralı Novruz oğlunun 27 may 2022-ci il tarixdə Laçın rayonu ərazisində qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində bədən xəsarətləri alaraq ölməsi barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub.  

Məlumat əsasında əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. Əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər zəruri hərəkətlər icra edilib. 

Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO