"Barselona"nın futbolçusu De Byazi ilə mübahisəsindən danışdı

Hazırda oxunan: "Barselona"nın futbolçusu De Byazi ilə mübahisəsindən danışdı
76457
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Barselona"nın icarə əsasında "Speziya"da oynayan futbolçusu Rey Manaj Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi ilə bir neçə il əvvəl aralarında yaranan mübahisədən danışıb. 

Bizim.Media syri.net-ə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu italiyalı mütəxəssisin Albaniya millisini çalışdırdığı dövrdə onu yığmaya dəvət etmədiyinə görə əsəbiləşdiyini bildirib.

Lakin o, hazırda mütəxəssislə münasibətinin yaxşı olduğunu deyib: 

"O vaxt hələ yeniyetmə idim. Millidə oynamaq istəyirdim. Amma Canni de Byazi mənə zəng etmədi. Mən emosianal olaraq bəzi şeyləri söyləmişdim. Aramızda mübahisə yaranmışdı.  Sonra məşqçi ilə məsələni aydınlaşdırdıq, həll etdik. İndi onunla yaxşı münasibətimiz var".
Qeyd edək ki, De Byazi 2011-2017-ci illərdə Albaniya millisini çalışdırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO