Azərbaycanda bu il sərnişin və yük daşımaları artıb

Azərbaycanda bu il sərnişin və yük daşımaları artıb

Hazırda oxunan: Azərbaycanda bu il sərnişin və yük daşımaları artıb
74942
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 7,7% və 36,5% artıb.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 67,3 mln. ton yük daşınıb.

Yüklərin 3,1%-i dəniz, 8%-i dəmir yolu, 0,3%-i hava, 56,4%-i avtomobil nəqliyyatı, 32,2%-i isə boru kəməri ilə daşınıb.

Məlumata görə, qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 8,5% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,5% təşkil edib.
Qeyd olunur ki, 2022-ci ilin yanvar-aprel aylarında nəqliyyatçılar 485,5 mln. sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 86,5%-i avtomobil nəqliyyatı, 13,1%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO